Cəmiyyət

Dövlət Turizm Agentliyi Uels azarkeşləri ilə bağlı: Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar

22 Yanvar 2020 21:41
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Turizm Agentliyi futbol üzrə 2020-ci il Avropa çempionatında iştirak etmək üçün Bakıya gələcək Uels komandasının bəzi fanatlarının hotellərdə bron etdiyi yerlərin ləğv edilməsi və qiymətlərin qaldırılması barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumata münasibət bildirib.

Milli.Az xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Trend-ə açıqlamasında belə hallar barədə məlumatının olduğunu bildirib.

Lakin o, bu məsələnin artıq nəzarətdə olduğunu, tezliklə həll ediləcəyini söyləyib:

"Biz çalışacağıq ki, digər strukturlarla birlikdə bu problemi həll edək və futbol pərəstişkarları məmnun qalsınlar. Qonaqpərvər ölkə olan Azərbaycanın bu tip tədbirlər keçirmək təcrübəsi böyükdür. Azərbaycanda artıq Avropa oyunları, Formula 1, UEFA Avropa Liqasının finalı və s. keçirilib. İndiyədək bütün problemlər yoluna qoyulub və əlbəttə ki, bu məsələ də öz həllini tapacaq".

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi sosial şəbəkədə bəzi Uels fanatlarının hotellərdəki bronlarının ləğv edildiyi və yerlərin qiymətlərinin bahalaşması barədə məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.