Cəmiyyət

Günün qoroskopu: peşəkar fəaliyyət sahəsində rəhbərliyin sizə münasibətinin dəyişməməsi üçün normal çalışın

28 Fevral 2020 00:01
23 Şərh     Baxış: 8 281

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - səfərdə, yolda, ezamiyyətdə, səyahətdə ehtiyatlı olun. Problemlər yarana bilər. İstənilən işə başlamazdan öncə əvvəlki işi tam başa vurduğunuza əmin olun. Əks təqdirdə fikriniz dağılacaq, mühüm işi diqqət mərkəzində saxlaya bilməyəcəksiniz.

Buğa - taleyə və ya bəxtə güvənməyin, öz qüvvələrinizdən yararlanın və bu minvalla da uğur qazanın. Hadisələrin ənənəvi axarı dəyişir. Sadəlövh olmayın və başqa zamanlar sizi ehtiyatlı davranmağa vadar edəcək faktlarla hadisələri öz xeyrinizə yozmayın. Qərar qəbul etməyə tələsməyin. Az sonra baş verənləri yenidən dəyərləndirəcəyiniz vaxt başlayacaq.

Əkizlər - peşəkar fəaliyyət sahəsində rəhbərliyin sizə münasibətinin dəyişməməsi üçün normal çalışın. Qəfil kadr dəyişiklikləri varsa, səbirli və soyuqqanlı olun. Gün ərzində yaşanacaq bəzi hadisələr sizi iş yerini dəyişməklə bağlı fikirlərə sövq edə bilər. Lakin qərar verməyə tələsməyin. Yüz ölçün, bir biçin.

Xərçəng - Gün yeni perspektivlər vəd edir. Aktiv, enerjili olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün sədləri dəf edin. İş və ya uzunmüddətli əməkdaşlıqla bağlı təklif ala bilərsiniz. Köhnə dostlarla görüş və ya yeni, maraqlı tanışlıq istisna deyil. Güc və potensialınız çox olsa da, dostlarla hamilərin yardım təkliflərindən imtina etməyin.

Şir - onların yardımı günün ikinci yarısında, sizi sinirləndirəcək xəbər alanda karınıza gələ bilər. Unutmayın ki, emosiyalarınıza hakim olaraq hisslərinizi ətrafınızdakı insanlardan gizlətmək gərəkdir. Belədə yaranmış situasiyada necə davranmaq lazım olduğunu biləcəksiniz.

Qız - ailə üzvləri və ya sizə yaxın insanlarla birlikdə dincəlmək istəyi baş tutmayacaq. Münasibətlərdə diqqətli və həssas olun. Ənənələri və mövcud davranış modellərini pozmayın. Bəlli normalara riayət etsəniz, münasibətlərdə problemlərin yaranmasının qarşısını ala bilərsiniz.

Tərəzi - yeni təcrübə əldə etməyə çalışın, nailiyyətlər və qazanılan təcrübə ilə kifayətlənməyin. Sağlam şübhə və məntiq sizin hesabınıza irəliləməyə çalışan insanların qurduqları tələlərə düşməməyə imkan verəcək. Emosional davranmaqla, çılğınlıq etməklə bədxahlarınızı sevindirməyin.

Əqrəb - səhər saatlarından etibarən problemlərin məngənəsinə düşərək vurnuxmayın. Günün axarı sizdən asılıdır. Dəqiq planın olmasına çalışın. Enerji potensialı səviyyəsinin yüksək olmadığını unutmayın. Günün ikinci yarısında elə işləyin ki, istirahət etməyə də vaxt qalsın.

Oxatan - mühüm qərarların qəbulunu təxirə salın. Uzaq qohumlar və ya yaxşı tanımadığınız insanlarla uzun-uzadı danışmağa, sirr etibar etməyə dəyməz. Hər təsadüfi tanışlıq və ya görüşü taleyüklü məqam saymayın. Şərtlər nə qədər romantik olsa da, belə münasibətlərin sonucu pis olacaq.

Oğlaq - xoş olmayan xəbərlər sizi təbdən çıxaracaq, əhvalın dəyişməsinə səbəb olacaq. Bu xəbərlərin səhhətinizə təsir etməsinə imkan verməyin. Nə baş verməsindən asılı olmayaraq ruhdan düşməyin. Ən mühüm işlərdə problemlər yaranmayacaq. Kiçik işlərdəki səhvlər isə sizi sinirləndirə bilər.

Dolça - Bu gün sizdən tələb olunan əsas məsələ əvvəllər başladığınız işləri başa vurmaq və münaqişəli situasiyalara son qoymaqdır. Çoxdan unutduğunuz hesabları ödəyin, vaxtilə sizə xidmət göstərmiş və ya kömək etmiş insanın layiq olduğu mükafatını verin. Tək işləmək, işi tənha başa vurmaq asan deyil.

Balıqlar - tərəfdaş və ya şərik olduğunuz insanla münasibətlərdə pərişan olmaq istəmirsinizsə, etiraflara qapılmayın. İfrat tələbkarlığa ehtiyac yoxdur. Alış-verişə can atmayın, çünki bədxərclik istisna deyil. Yaradıcıdıq şövqü, təşəbbüskarlıq, romantik gözləntilər sizi macəra və ya sərgüzəşt axtarışlarına sövq edə bilər.

Milli.Az

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Fevral 05:51202

    Sabahiniz xeyir olsun cümeniz mübarek olsun.

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 28 Fevral 09:2522

      Sizinle bahem can ciyer prensess

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 28 Fevral 09:3162

        Cox saq ol var ol Harlnpasa.

        Cavab yaz
        • Anonim
          Harlnpasa · 28 Fevral 10:1822

          Sizde sag olun prensesss

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Fevral 05:521822

    Status-Eybi yoxdu dediyimiz her şeyin eslinde eybi coxdu.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Fevral 05:521825

    Status-Bəzi insanlar vaxt olar başa qaxmağ ücün yaxsiliq edirler.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Fevral 05:532027

    Sevgi bele baslayir-1 ci eseblesirsen 2 -ci narahat olursan 3 cü darixirsan 4 cü de öyresirsen.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Fevral 05:562028

    1 xanim olmaqin cetinlikleri: Gedeceyi yere 2-3 saat evvelden durmağ78 defe saclarla oynayib formaya salmak saclarla ellesmek,58 defe makiyajla msqul olmağ,geyineceyi paltari 15 defe soyunub güzgüde baxmak,geyineceyi ayaqqabi ve sumkani 10 defe prob etmək, axirda da narazi halda evden cixmağ.)))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Fevral 05:582629

    hemise kinolarda bele bir şey cekirler Qizla oqlan mesede azirlar hava qaralir ve qorxulu anlarda birden uzaqda 1 ev fason gorunur,evde de hec kim olmur gedib orada 1 gece qalirlar Bu ev goren kimindi hemise de ici boş olur )))

    Cavab yaz
  • Anonim
    Alsu. · 28 Fevral 08:143737

    MUBARƏK CUMƏ GUNUMUZ MUBARƏK OLSUN ! RƏCƏB AYINDA TUTULAN ORUCLARIMIZ , QILINAN NAMAZLARIMIZ İNŞALLAH Kİ QƏBUL OLAR ! XALQIMIZA ƏMİN - AMANLIQ ARZULAYIRAM ! AMİN !

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 28 Fevral 09:2781

      Sizinle bahem Alsu xanlm

      Cavab yaz
      • Anonim
        Alsu. · 28 Fevral 09:48930

        Allah razı olsun , cox saq olun !

        Cavab yaz
        • Anonim
          Harlnpasa · 28 Fevral 10:1850

          Sizde sag olun Alsu xanlm

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Fevral 10:082426

    Mən gələn kimi Dislike də geldi Maraqlidi goren Dislike hansi rayona getmisdii ?? Sen hara getmisdin ayyy Dislikeçi həəəəə?? Ne bildin men gelmisem tezzz hücum cekdinnn Senede fasistlerin qazindan ele bil men fisqirtiram serhimi goren kimi alov tutur eeee seniii)))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Fevral 11:212222

    Aqsaqqal bəy, haradasinizzz indi de men sizi axtariram daaaaa men gelmisemmmmmmmmmmmm dəəəə))

    Cavab yaz
    • Anonim
      Ağsaqqal · 28 Fevral 16:0246

      Esra ,yaxındada deyilsən gəlişinə bir quzu kəsim ,həqiqi sözümdür !

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli (Şamaxı) · 28 Fevral 18:4962

        Ayy, cox sağ ol Aqsaqqal bəy,.şad gunlərə qurbanlar kəsəsiniz.Var olun.Sizi coxx istəyirəm.

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 Fevral 11:242122

    Dislikeçiiiiiiiiiiiii 1 ci serhime etməəəəəə ! Nenem demiş seni Allahin möhkəməsinə tapsiriram yapsacəm xirtdəyündən haaaaaaaaaaa

    Cavab yaz
  • Anonim
    Göy_ Gözlü_ Girl · 28 Fevral 12:07110

    Salamlarr bu bürcləri normal aydın yazinde aydın oxuya bilək ehh.. (

    Cavab yaz
  • Anonim
    ) · 28 Fevral 13:132678

    Yerlibazlıq kimi çıxmasın.mən indiyə qədər neçə nəfər şamaxılı tanımışam heç biri də fərli başlı adamlar olmayıb.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 28 Fevral 13:217727

      Yeqin problem senin özünde olub .Status-Deyir bu heyatda yaxsi yaxsiya rast gelir fesriz de özü kimi fersize .

      Cavab yaz
  • Anonim
    Ağsaqqal · 28 Fevral 15:2173

    Xocalı yuxusu Hər yan fəryad ,hər yan imdad ,inilti ,Bu dərd bizi izləyirmış minildi ...Tarap -turap ,şaraq -şuraq cingilti ,O dünyadan qulağıma səs gəlir . Şahlıq etdi orda araq qoxusu ,Qana döndü körpələrin yuxusu ,Tırtıl altda xıncımlandı çoxusu ,O dünyadan qulağıma səs gəlir . Türk qardaşım ,kölgələnsə ,soy adın ,Özün məhv ol ,şərəflənsin qoy adın !Babək deyir ,yatmışları oyadın !!!-O dünyadan qulağıma səs gəlir !...

    Cavab yaz
    • Anonim
      Ağsaqqal · 28 Fevral 15:5982

      Ay disllaykçı donquz ,sən məni yox ey gör ,nəyi bəyənmirsən ?Yəqin ermənidən törəməsən !

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.