Gəl konfet verim, deyə qaçırılan uşaqlar - Maarifləndirmə işləri aparılmalıdır - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzən valideynlər azyaşlı uşaqlarını çörək, siqaret və ya hər hansı bir şeyi almaq üçün təkbaşına uzaq məsafələrə göndərirlər. Və bəzən bunun nəticəsi heç də ürəkaçan olmur...
Milli.Az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sakin: "Valideynlər uşaqlarını nəzarətsiz qoymamalıdırlar, tam nəzarətdə olmalıdır. İndi cəmiyyət dəyişib".
Sakin: "Uşaqları uzaq yerə müəyyən bir yaşdan sonra göndərmək lazımdır, çünki uşaqdır. Kimsə deyər gəl bura sənə konfet verim, onda artıq bilməsi lazımdır ki, hamıdan heç nə götürmək lazım deyil".
Bəli, övladını hər cür təhlükədən qorumaq, ilk növbədə, valideynin borcudur. Ancaq buna görə onları günahlandırmaq da doğru deyil.
Əhməd Qəşəmoğlu - Sosioloq: "Valideyni qınamaq çətindir, çünki uzun illər boyunca bu adət-ənənə olub, 5-6 yaşında uşağı çörək almağa göndərirlər. Bu adam gözün açıb görüb ki, bu olar, amma cəmiyyətin belə sürətlə dəyişməsini, aşınmaların olmasını nəzərə ala bilmir. Valideyn əsas məsələni cəmiyyətin qanunauyğunluğunda axtarmalıdır".
7 gün 24 saat uşağı nəzarət altinda saxlamaq da mümkun deyil. Buna görə də onları qarşılaşa biləcək hadisələr barədə maarifləndirmək daha doğru olar.
Gülər Məmmədova - Psixoloq: "Məktəbəqədər dövrdən etibarən öz övladlarında özünümüdafiə mexanizmlərini aşılamalıdırlar. Azyaşlılara, ibtidai sinif şagirdlərinə də müəllimlər aşılamalıdırlar ki, uzaq məsafələrə getmək, yad insanlardan nəsə almaq, onların dəvəti ilə harasa getmək olmaz".
Bu məsələlər təkcə valideynləri yox həmdə aiddiyyəti qurumları narahat edir.
Pərviz Əliyev - AQUPDK-nin Uşaq Problemləri şöbəsinin baş məsləhətçisi: "Bu məsələdə uşaqların maarifləndirməsi işləri daha ciddi aparılmalıdır, yəni uşaq bilməlidir ki, onu harada təhlükə gözləyir. Maarifləndirmə tədbirləri valideynlər arasında da aparılır, sosial çarxlarımız olubdur, uşaqların təhlükəsizliyi məsələsi ilə bağlı ictimai nəqliyyatda da posterlərimiz nümayiş olunub".
Ekspertlər düşünür ki, bu məsələdə həm də bağça və məktəbdə müəllimlər kompleks şəkildə maarifləndirmə işləri aparmalıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
XƏBƏR LENTİ
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Gürcüstanda DTX rəisi istefa verdi
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
Bakıda 12 yaşlı qız faciəli şəkildə öldü
-
Ötən həftə Azərbaycanda 3 nəfərin meyiti aşkarlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
İrandan Azərbaycana narkotik keçirmək istədilər
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)
-
Qədiməli Əhməd vəfat etdi
-
Pezeşkian çıxış edərkən Hindistan rəsmisi qoz-fındıq yedi - (Video)
-
Azərbaycanda istirahət mərkəzlərində ölüm və xəsarətlə nəticələnən hadisələr
-
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
-
Külək 8 balı keçərsə, bu işlər dayandırılacaq





