Cəmiyyət

“Azərişıq”: Bu il elektrik enerjisi kəsintilərinin həcmi xeyli azalıb

6 Yanvar 2020 15:10
Baxış: 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramları günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdən fərqlənməyib.

Milli.Az bildirir ki, "Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə deyib ki, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalıb:

"İstehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günləri 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb.

Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub".

Qeyd edək ki, "Azərişıq" bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.