Rayonlara üz tutanların NƏZƏRİNƏ! "Qiyməti süni artırırlar" - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bayram günləri ərəfəsində, istər bayram qabağı, istər bayram sonrası avtovağzallarda canlanma müşahidə olunur. Bu da özü ilə bir sıra narahatlıqlar gətirir.
Milli.Az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sərnişin: "Bakıdan gəlirik, sıxlıq var, qiymətlər də baha idi".
Sərnişin: "Bayramdan istifadə edib qiyməti süni artırırlar, məcbur qalıb taksi ilə gəlirik. O da baha başa gəlir, 20-30 manata gətirir".
Sərnişinlərin əksinə, avtobus sürücüləri heç bir qiymət artımının olmadığını deyirlər.
Sürücü: "Artım söhbəti yoxdur. Avtobusun içərisinə daxil olub baxırlar, tək-tək bileti yoxlayırlar".
Bayram ərəfəsində sərnişin sıxlığını nəzərə alaraq, sərnişinlərə öncədən bilet almaq tövsiyə olunub. Kassadan bilet almağa gecikənlər isə qanunsuz sərnişindaşımaya və ya fərdi taksilərə üz tutmalı olurlar.
Sürücü: "Buradan boş gedirlər deyə, qayıdanda qiyməti artıq edirlər".
Sürücü: "31-i gəlib bayrama çatmalıdırlar. Maşın da yoxdur. Nə ilə gəlməlidirlər? 30 manata gəlirlər".
Rayonlararası taksi xidməti göstərənlər bu günləri fürsət bilərək daha çox qazanc əldə etməyə çalışırlar. Bəzən onların tələb etdikləri məbləğ avtobus biletinin qiymətindən 3 dəfə baha olur. Avtovağzallardan isə belə hallarla qarşılaşmamaq üçün bileti kassalardan almaq məsləhət görülür.
Şahin Sadıqov - Nizamlayıcı: "Bizdə qiymət artımı müşahidə olunmur. Elə bir şey olarsa da tədbir görürük".
Nuridə Allahyarova - Mətbuat katibi: "Qiymət artımı ilə bağlı heç bir halın yaşanması mümkün deyil. Sərnişinlərin hər hansı bir problemi yaranarsa, neqativ halla qarşılaşarlarsa, mütləq 406-01-58, 59 nömrələri ilə əlaqə saxlayaraq məlumat versinlər. Sərnişinlər biletləri mütləq kassalardan alsınlar".
Hazırda sərnişin axını daha çox paytaxtdan bölgələrədir. Yeni ilin ilk günlərində isə əks istiqamətə yola çıxanlar artacaq. Artan tələbatı ödəmək üçün ölkənin bütün avtovağzalları gücləndirilmiş iş rejiminə keçib və ehtiyac olarsa, xətlərə ələvə avtobusların buraxılacağı bildirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb
-
İmişlidə ağır qəza: Ölənlər var
-
“Nvidia”nın rəhbəri xəyanətə görə üzr istədi
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib





