Cəmiyyət

Bakıda gecə saatlarında ağır QƏZA - 4 yaralı - VİDEO

21 Dekabr 2019 07:05
0 Şərh     Baxış: 2 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda bu saatlarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza Səbail rayonunda Azneft dairəsindən üzü Bayıl istiqamətinə gedən yolda qeydə alınıb. Hadisəyə "BMW" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olduğu deyilir. Belə ki, nəqliyyat vasitəsi Bayıl istiqamətində olarkən idarətməni itirərək əks yola çıxıb və "VAZ 2107" markalı avtomobil ilə toqquşub.

Toqquşmadan sonra "VAZ" əks yola çıxaraq "Naz Lifan"a çırpılıb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı deyilir.

Qeyd edək ki, qəza nəticəsində "BMW" markalı avtomobilin ön hissəsi alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.