Cəmiyyət

Onurğa xərçənginin 10 əlaməti – Yırtıqla səhv salınır

19 Dekabr 2019 21:25
3 Şərh     Baxış: 3 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Onurğa xərçəngi genetik səbəblərdən, leykoz və limfomadan yarana bilir. Eləcə də QİÇS xəstələrində rast gəlinir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ilk mərhələdə heç bir əlamət vermir. Sadəcə bel ağrısı, soyuqdəymə, sızıltı, gizilti hiss olunur və çox zaman yırtıq var deyə düşünülür.

Onurğa xərçənginin 10 əsas əlamətini təqdim edirik:

1. Gəzməkdə çətinlik, yerişin dəyişməsi
2. Əzələ spazmları

3. Beldə ağrı, yatanda daha da güclənir, ağrıkəsicilər təsir etmir
4. Soyuq, yapışqanlı dəri

5. Sidik və nəcisin saxlaya bilməməsi
6. Aşağı ətraflarda paresteziya - yanma, sanki iynə batırma, keyimə

7. Ümumi əzginlik, zəiflik
8. Onurğada şiş olan nahiyənin şişib qızarması

9. İsti və soyuğa həssaslığın itməsi, ayaqlarda soyuq
10. Arıqlama, iştahsızlıq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.