10 yaşlı pəhləvan - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onur Bələdovun cəmi 10 yaşı var, amma dişi ilə özündən qat-qat ağır olan avtomobili darta bilir. Onun bu yaşdakı fiziki gücü, pəhləvanlığı hamını təəccübləndirir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Salyanın mərkəzindən 50 kilometr uzaqda yerləşən Xıdırlı kəndində yaşayan Bələdovlar ailəsini rayonda hər kəs tanıyır. Ailə sahibi təsərrüfatla məşğul olsa da, övladlarından biri, 4-cü sinifdə oxuyan 10 yaşlı Onur Bələdov pəhləvanlıqla məşğul olmaq arzusundadır. Balaca Onur artıq ilk uğura da imza atıb. 25 kiloqram çəkiyə sahib olan balaca pəhləvan 2 tonluq maşını dişi ilə dartmağı bacarıb. Onurun babaları arasında pəhləvan olmasa da, onlar da qoldan güclü olublar: "Uşaqlıqdan idmana həvəsim var. Sonra maşınları dartdım, gördüm ki, bacarıram. İstəyirəm sinif yoldaşlarım da mənim kimi güclü olsunlar. Ən böyük arzum güclü idmançı kimi respublikamızı dünyada tanıtmaqdır".
Onur ilk dəfə olaraq 4 yaşında çılpaq bədənlə qış fəslində qarda gəzməklə maraqları özünə cəlb edib. Balaca pəhləvanın dayısı Əli Əliquliyev deyir ki, Onur hələ kiçik yaşlarında qeyri-adi güc nümayiş etdirib: Bacım oğlu 5 yaşından üçtəkərli motosiklet və "Jiquli" markalı maşını dartmağa başlayıb. Beləliklə, sonralar bu işdə təkmilləşərək çəkisi ağır olan maşınları dişi ilə çəkib. O, kiçik yaşlarından pəhləvanlıq nömrələri göstərərək bizi heyran qoydu. Onun gələcəyinə böyük ümid bəsləyirik. İnanıram ki, bacım oğlu gələcəkdə Azərbaycanın tanınmış pəhləvanlarından biri olacaq".
Balaca pəhləvanın hədəfi bundan sonra saçı ilə avtomobil dartmaqdır. Bunu bir neçə dəfə sınaqdan çıxarsa da, hələ hazırlıq dövrü keçdiyini deyir. Beləliklə, Salyanın ucqar Xıdırlı kəndində yaşayan 10 yaşlı Onur bizi bir neçə aydan sonra yenə də təəccübləndirəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)





