“Vətəndaş qapını açmır, sayıcıları evə buraxmır” - İttihamlara cavab
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Statistika Komitəsi əhalinin siyahıyaalınması prosesi ətrafında yaranan narazılığa münasibət bildirib.
Komitənin siyahıyaalma qrupunun rəhbəri Azad Abasəliyev qafqazinfo-ya bildirib ki, mövzu ilə bağlı çıxışlarında bir neçə siyahıya alınmayanların komitəyə müraciət etməsi ilə bağlı çağırış edib:
"Amma sosial şəbəkələrdə yazırlar, müraciətə isə məhəl qoymurlar. Kim siyahıyaalınmayıbsa bizim "Qaynar Xəttə" müraciət etsin. Biz həmin şəxslərin siyahıyaalınmasını təmin edək və bu barədə yerli statistika orqanlarına məlumat verək. Sayıcılar gedirlər, amma vətəndaş qapını açmır. Onları evə buraxmırlar. Ya da evdə olmurlar. Ancaq nəticə etibarilə bizi günahlandırırlar. Halbuki mənim əlimdə faktlar var ki, vətəndaş "Qaynar Xətt"ə müraciət edib, sonra biz onun evinə yerli statistika orqanı tərəfindən sayıcını göndərmişik. Bir dəfə sayıcı gedib, komendant onu mənzilə buraxmayıb. Ondan sonra yenə şikayət ediblər ki, saymayıblar. Biz yenidən sayıcını göndərmişik. Yenə sayıcı gedib və binadan içəri buraxılmayıb. Həmin şəxsə zəng etmişik ki, sayıcı qapıdadır. Komendant buraxmır. O, qayıdıb nə desə, yaxşıdır, "hə, indi düşüb buraxdırıram da".
Bəs, sən bilmirsən ki, sənin komendatın sayıcını evə buraxmayacaq?! İndi də durub şikayət edirsən ki, məni siyahıya almayıblar?! Mən bu münasibəti başa düşmürəm. Belə hallarla əsasən paytaxtda rastlaşırıq. Rayonlarda belə problemlər çox cüzidir".
A. Abasəliyev prosesə metodoloji rəhbərliyi həyata keçirən şəxs olduğunu diqqətə çatdırıb: "Ancaq yerlərdə siyahıyaalmanın həyata keçirilməsi Nazirlər Kabinetinin qərarı ilə yerli yerli statisika orqanlarıyla birlikdə icra hakimiyyətlərinə tapşırılıb. Yerlərdən məlumat ilin sonuna kimi siyahıyaalma qrupuna daxil olacaq. Siyahıyaalma 10 gün ərzində həyata keçirilir. Ancaq buna hazırlıq 2017- ci ildən başlanılıb. 3 illik dövrü əhatə edib. Bu böyük bir prosesdir. Sonrakı dövrdə də həmin o məlumatlar yerli statisik orqanlar tərəfindən siyahıyaalma qrupuna təqdim olunacaq".
Qeyd edək ki, siyahıyaalma prosesinə 23, 2 milyon manat vəsait ayrılıb. Sosial şəbəkələrdə əsas narazılıq bu qədər vəsait qarşısında əhalinin bir qrupunun siyahıya alınmaması ilə bağlıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir





