Cəmiyyət

Qadınlar niyə kişilərdən çox yaşayırlar? - SƏBƏBİ BƏLLİ OLDU - VİDEO

15 Oktyabr 2019 18:09
13 Şərh     Baxış: 1 305

Statistik göstəricilərə görə, dünyada qadınlar adətən kişilərdan daha çox yaşayırlar. Azəbaycanda da bu belədir. Ölkədə kişilərin orta ömrü 73,3 il olduğu halda, qadınlarda bu göstərici 78,2-ə çatır. Yəni orta hesabla bizdə qadınlar kişilərdən 5 il daha uzun ömür sürürlər.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin (kişi): "Qadınlar daha çox yaşayırlar. Kişi gedir işləyir, əziyyət çəkir, qadın isə evdədir. Həm də qadın ağlaya bilir, kişi isə bunu bacarmır, hər şeyi ürəyində dərd edir ondan".

Ömrün uzunluğu həyat şəraitindən asılıdır. Elə buna görədir ki, dünyanın 20 ən uzunömürlü ölkəsindən 14-ü yaşayış şərtlərinin daha yüksək olduğu Avropadadır. Kişilərin az yaşamasında da bu amil böyük rol oynayır. Onların daha təhlükəli peşələrdə çalışması, səhhətlərinə fikir verməmələri ömürlərini qısaldır. Bu, təkcə Azəbaycan cəmiyyətinə xas bir özəllik deyil.

Türkiyə vətəndaşı (kişi): "Türkiyədə qadınlar daha çox yaşayırlar. Kişilər gedir işləyir, qadın evdə olur. Həm də Türkiyyənin havası yaxşı, təbiəti təmizdir".

Sevinc Hüseynova - AMEA-nın əməkdaşı: "Uzunömürlülər içərisində qadınların sayı həmişə çox olur. Bu da onunla əlaqədardır ki, qadınlarda reproduktiv funksiyalar gec sönür. Biz tədqiqat aparmışıq ki, uzunömürlü qadınlar içərisində axırıncı doğuş 45-48 yaşında olub".

Bir amil də zərərli vərdişlərdir. Qadınlara nibətən siqaret və içkiyə daha çox meyl edən əks cins tez qocalır, daha qısa ömür sürürlər.

Cinslərin emosionallığı da buna təsir edir. Qadınlar hisslərini daha rahat biruzə verir, ağlaya, gülə bilirlər. Kişilər isə ətrafdan çox vaxt soyuqqanlı görünsə də, hisslərini gizlətməli olurlar. Yəni, acılarını içlərində, gizli çəkməli olurlar.

Fərrux Əliyev - Psixoloq: "Bəzən kişilərin sirlərini heç kimə verməmələri onların problem yaşamasına səbəb olur. Düşünürlər ki, mən kişiyəm, sirrimi heç kimə verə bilmərəm, dərdimi deyə bilmərəm. Bununla bağlı da çox vaxt psixoloqlara müraciət belə etmirlər".

Elmi hesablamalara görə, hər iki cins düzgün həyat tərzi ilə 120 il ömur sürə bilər. Hələlik isə bizdə orta ömür göstəricisi 75,8 ildir. Əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir. Azərbaycan əhalisinin gənc olması çox müsbət haldır. Amma bu, özlüyündə çağırışlar da yaradır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Kişi · 15 Oktyabr 18:1993

    Çünki qadınların arvadı olmur)))

    Cavab yaz
  • Anonim
    Haci xanim · 15 Oktyabr 18:24141

    Deyilenler hec de doqru deyil Evvela her zaman qadinlarimizin da ekseriyyeti ishleyib, hele ustelik de evi idare edirler, usaqa baxirlar.Men hem fabrikde uzun muddet islemisem, hem de 3 usaq boyutmusem.Qadinlarin uzun yasamalarinin sebebi her halda qadin orqanizmi ile elaqeli bir seydir, uzr isteyirem, qadinlar her doqumdan sonra orqanlar yenilenir.Allah hem qadinlarimiza, hem kisilerimize uzun omur versin , hem de saqliqli, huzurlu bir omur.

    Cavab yaz
  • Anonim
    Uzaq · 15 Oktyabr 19:0041

    O gün həyətdə birdən fikir verdim ki,sən demə yaşlı qonşu qadınlarımızın hamısı təkdi.Yəni yoldaşları rəhmətə gedib.Niyəsini də düşündüm özlüyümdə.Bizim kişilər həmişə yaşda xanımlardan böyük olurlar axı.O səbəbdən daha tez vəfat edirlər deyə ağlımdan keçirdim. Amma burdakı cavablar daha məntiqlidi,mənim cavabım bəsit qalır.Bircə şey var ki,heç də bizim qadınlar hər zaman hisslərini biruzə vermirlər.Kişilər söyür,vurur,müxtəlif vasitələrlə hisslərini soyudurlar.Amma qadın içinə atır,əsəbini də,göz yaşını da,bütün problemlərin yükünü də.

    Cavab yaz
    • Anonim
      Ana · 15 Oktyabr 19:3010

      Siz dediyiniz xanımlar qaldı sovet dövründe

      Cavab yaz
  • Anonim
    Şalimar · 15 Oktyabr 19:0780

    Bəzi kişi qırıqlarının sayəsində qadınların ömrü getdikcə qısalır. Üstəlik qadınların sayı da azalır.

    Cavab yaz
  • Anonim
    veteran · 15 Oktyabr 21:0020

    qadinlarin kisilere nisbeteten daha cox yasamalarinin sirri ilahidendir.yeni beni insan ucun kainatin bir cox sirrleri kimi bu da elcatmazdir.

    Cavab yaz
  • Anonim
    Romka · 15 Oktyabr 21:3020

    Ama.artik bir deyishiklik gelir. Qadin kishi olub kishiler qadin. Sebebde qadinlar ishleyir eve corey qazanir . Kishiler evde arvadi gozleyillrler

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 15 Oktyabr 21:4150

    Ona görə ki, qadınlar kişilərdən daha agilidirlar, bir ağılsız qadın,yuz ağıllı kişini suya susuz aparıb, gətirər!

    Cavab yaz
    • Anonim
      Ağbirçək · 15 Oktyabr 22:1020

      Nəhayətki qoca vacdında başa düşdün

      Cavab yaz
  • Anonim
    Ağsaqqal · 16 Oktyabr 06:2510

    "Karımın"qılığına girmək üçün başqa yol tapmadım...

    Cavab yaz
  • Anonim
    aea · 16 Oktyabr 09:0600

    Qadınlara nibətən siqaret və içkiyə daha çox meyl edən kişilərdir və ona görə də tez qocalırlar, daha qısa ömür sürürlər. Ağlamağa qalanda indiki kişilər qadınlardan çox ağlayırlar.... İşləməyə qalanda qadınlar kişilərdən çox işləyir, həm evdə həm də çöldə....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.