İsmayıllıda baş verən hadisə ilə bağlı işçi qrupu yaradıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İsmayıllı rayonunda baş verən zəhərlənmə ehtimalı ilə bağlı işçi qrupu yaradılıb.
Agentlikdən Milli.Az-a bildirilib ki, 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında AQTA-nın mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
Xatırladaq ki, bu gün İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həmin şəxslərin guya İsmayıllıda keçirilən "Kartof festivalı"nda dönərdən zəhərlənmələri barədə məlumat yaylıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev Trend-ə özəl olaraq bildirib ki, festival zamanı heç bir zəhərlənmə faktı qeydə alınmayıb: "İsmayıllıda "Kartof festivalı" sentyabrın 18-də günorta saatlarında başa çatıb. Tədbirdən 1 sutkadan artıq bir vaxt keçib. Xəstəxanaya müraciət isə bu gün olub. Həkimlər də iddia edir ki, bu zəhərlənmə deyil. Çünki zəhərlənmə dərhal özünü göstərir. Bu hadisə günvurmanın əlamətləridir. Həmin şəxslər sahədən gətiriliblər və onlara ilkin olaraq da günvurma diaqnozu qoyulub. Xəstəxanaya müraciət edən şəxslərə tibbi yardım göstərilib, səhhətləri normaldır və artıq evə buraxılıblar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
XƏBƏR LENTİ
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Gürcüstanda DTX rəisi istefa verdi
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
Bakıda 12 yaşlı qız faciəli şəkildə öldü
-
Ötən həftə Azərbaycanda 3 nəfərin meyiti aşkarlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
İrandan Azərbaycana narkotik keçirmək istədilər
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)
-
Qədiməli Əhməd vəfat etdi





