Zakir Həsənov Azərbaycan və Türkiyə şahinləri ilə görüşdü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali "TurAz Qartalı - 2019" birgə taktiki-uçuş təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.
Milli.Az bildirir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və türk xalqının öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə başlayıb.
Ölkələrimizin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini vacib sayan Müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu qeyd edib. O, təlim iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını ifadə edib.
Sonra təlimlərin yekununa dair yüksək səviyyəli qonaqlara brifinq təqdim olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin konsert proqramından sonra təlim iştirakçılarına hədiyyələr təqdim edilib. Sonra qonaqlar və təlim iştirakçıları üçün birgə nahar təşkil edilib.
Qeyd edək ki, Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada
-
Nigeriyalı ata, azərbaycanlı ana, özü isə bakılı balası - (Video)
-
Milli Qəhrəmanın atası vəfat etdi - (Foto)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)
-
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Pünhan Piriyevi tanıdığımız ilk Video
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada
-
Gəlinin toyda verilən hədiyyəyə "ağzı açıq" qaldı - (Video)
-
Rus ordusu bu ərazini tutdu
-
Beyləqanda 16 nəfər qidadan zəhərləndi
-
Azərbaycanlı aparıcının xanımı ilə qızının maraqlı Videosu
-
Şirkət sürücüsü iş başında öldü
-
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
-
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib - (Foto)
-
Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
-
Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir
-
“Komedixana”nın aktyorlarının müzakirə yaradan Videosu
-
Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər
-
Nigeriyalı ata, azərbaycanlı ana, özü isə bakılı balası - (Video)
-
İlham Əliyev: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
-
Prezident: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
David Silva 40 yaşında futbola qayıtdı
-
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - (Foto)
-
Türkan Vəlizadənin yeni görünüşü - (Video)
-
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - (Foto)
-
Türkmənbaşıdakı festivalda Prezident İlham Əliyevin uşaqlarla görüşündən təsirli görüntülər - (Video)
-
Baş nazir vacib qərar imzaladı
-
Nobel Sülh mükafatının qalibi açıqlandı - (Foto)
-
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək





