İxrac potensialımızı genişləndirə biləcək meyvə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekspertlərin fikrincə, xurmadan daha çox qazanc əldə etmək üçün emal sənayesinin inkişaf etdirilməsinə ehtiyac var
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Qeyri-neft sektorunun inkişafı qarşıya qoyulan hədəflər sırasındadır. Bu mənada aqrar sahə özünəməxsus yer tutur. Təsadüfi deyil ki, ixrac həcminə görə qeyri-neft məhsulları içərisində kənd təsərrüfatı məhsulları ilk pillədədir. Təbii ki, bu, görülən işlərin nəticəsidir. Amma hələlik qarşıda müəyyən hədəflər dayanır. Əsas məqsədlərimizdən biri də ixrac potensialımızı daha genişləndirməkdir. Öz ixrac qabiliyyətinə görə seçilən məhsullardan biri də xurmadır. Bəs görəsən bu sahədə vəziyyət necə dəyərləndirilir? İxrac potensialını artırmaq üçün hansı işlər görülə bilər?
İqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, xurma Azərbaycanın meyvəçilik təsərrüfatında əhəmiyyətli rola malikdir. Bu meyvənin ixrac potensialı kifayət qədər genişdir: "Hər il xurmaçılıq sahəsindən böyük həcmdə məhsul əldə olunur. İstehsal olunan məhsul daxili bazarı təmin etməklə yanaşı, müxtəlif ölkələrə ixrac edilə bilər. Amma təəssüflər olsun ki, biz öz ixrac potensialımızdan tam istifadə edə bilmirik. Bəzən elə olur ki, tonlarla məhsul yararsız hala gələrək məhv olur. Nəzərə almaq lazımdır ki, son illər aqrar sahənin inkişafı dövlətin əsas prioritetləri arasındadır. Neftdən asılılığın aradan qaldırılması üçün qeyri-neft məhsullarının ixracına ciddi ehtiyac var. Bu mənada dövlət aqrar sahəyə böyük diqqət və qayğı göstərir. Ona görə də, belə halların qarşısı alınmalıdır. Xarici bazarlarda strateji əhəmiyyətə malik olan aqrar məhsulların istehsalına və ixracına diqqət etmək lazımdır. Nar, xurma, fındıq kimi məhsullarımızın ixrac potensialı çox böyükdür. Çünki bu meyvələr Avropa bazarlarında rəqabətədavamlı məhsullar kimi qiymətləndirilir. Düşünürəm ki, meyvəçiliklə məşğul olan fermerlərə xüsusi dəstək göstərilməlidir. Əsas mənfi hallardan biri də odur ki, bizim ixrac məhsullarımız əksərən Rusiya bazarlarına göndərilir. Sahibkarlar öz məhsullarını yeni bazarlara çıxarmalıdır. Yalnız bu halda rəqabət imkanlarımız daha da genişlənə bilər. Düşünürəm ki, bu istiqamətdə də müvafiq işlərin görülməsinə, sahibkarların xarici bazarlara çıxışının təmin olunmasına ehtiyac var. Azərbaycanın istehsal etdiyi meyvə və tərəvəz məhsulları öz keyfiyyətinə görə digər ölkələrin məhsullardan seçilir. Belə olan halda, niyə də fərqli ölkələrə məhsul ixrac etməməliyik? Yeni bazarlara çıxış imkanı həm də ölkəyə daha çox valyuta axını deməkdir. Bu mənada qeyd etdiyim kimi, biz hələlik öz ixrac potensialımızdan tam olaraq istifadə edə bilmirik. Təbii ki, Avropa bazarlarına çıxış böyük nəqliyyat xərcləri tələb edir. Həmçinin bu bazarlarda keyfiyyət standartlarına olan tələb də çox yüksəkdir. Düşünürəm ki, fermerlərə, sahibkarlara müvafiq şərait yaradılarsa, daha çox gəlir əldə etmək mümkündür"
Ekspert deyir ki, xurma elə bir məhsuldur ki, o, təkcə xammal kimi yox, emal halında da ixrac edilə bilər: "Azərbaycanda bir sıra emal zavodları fəaliyyət göstərir. Amma təəssüflər olsun ki, emal müəssisələri və zavodlar yerli xammal məhsullarından istifadə etmirlər. Fermerlərin məhsulları bir çox hallarda xarab olur. Əgər emal zavodları fermerlərlə birgə işləyərsə, daha çox gəlir əldə edə bilərik. Xarici bazarlarda xammala və emal məhsullarımıza böyük ehtiyac var. Avropa, Rusiya, Çin, yaxın Şərq ölkələrinin Azərbaycanda istehsal olunan orqanik aqrar məhsullara tələbi böyükdür. Keyfiyyət standartlarımızı yüksəltməklə, biz bu bazarlara öz məhsullarımızı ixrac edə bilərik. Bunun üçün isə düzgün strategiya qurulmalıdır".
İqtisadçı ekspert Ramin Rəhimov qeyd etdi ki, Azərbaycanda xurmaçılıq ənənəvi sahələrdən biri hesab olunur: "Uzun illərdir ki, bu sahədən hər il böyük miqdarda məhsul əldə olunur. Ona görə də, xurmanın ixrac potensialı kifayət qədər böyükdür. İxrac potensialını genişləndirməklə, biz ölkəyə gələn valyuta axınına artıra bilərik. Xurma təkcə meyvə halında deyil, eyni zamanda qurudularaq, emal olunaraq ixrac oluna bilən məhsuldur. Düşünürəm ki, MDB və Avropa ölkələrinə məhsul istehsal edə bilərik. Azərbaycan xurması dadına, keyfiyyətinə, tərkibində olan vitaminlərin zənginliyinə görə əksər ölkələrin xurmasından üstündür. Bu mənada düşünürəm ki, xarici bazarlarda məhsullarımız rəqabətə davam gətirə bilər. Hələlik Azərbaycan, əsas xurma ixrac edən ölkələr arasında "top-onluq"dadır. Amma biz bu sahədə daha ciddi uğurlar əldə edə bilərik. Bunun üçün kifayət qədər imkanlarımız var. İxracı genişləndirmək üçün regionlarda soyuducu anbarlara ehtiyac var. Məhsulun xarab olmadan saxlanılması üçün bu, çox vacibdir. Təəssüflər olsun ki, əksər rayonlarda belə anbarlar yoxdur. Ona görə də, məhsulun bir hissəsi zay olur. Bu mənada xurmaçılıqla bağlı emal sənayesinin daha da inkişaf etdirilməsinə ehtiyac var. Qeyd etdiyim kimi, Rusiya, Türkiyə Azərbaycanın əsas məhsul ixrac etdiyi ölkələrdir. Amma bu ölkələrin sayını daha da artırmaq olar. İtaliya, Yunanıstan, Almaniya və Fransa kimi ölkələrə xurma ixrac edə bilərik. Xüsusilə, quru meyvə şəklində bu ölkələrdə xurmaya böyük tələbat var. Bütün bunlar kompleks yanaşma tələb edir. Aqrar sahənin inkişafı ölkənin ümumi iqtisadiyyatının inkişafına böyük təkan verir. Ona görə də, ayrı-ayrı məhsullar üzrə ixrac qabiliyyətimizi daha da artırmalıyıq".
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirir ki, xurma ixrac potensialı güclü olan məhsul sayılır: "Dünya bazarlarında böyük tələbat var. Azərbaycan xurma istehsalına görə dünyada beşinci ölkədir. Çin, Koreya, Yaponiya, Braziliyadan sonra Azərbaycan 10 943 ha sahədən 146 min ton xurma istehsal edib. Qazanc əldə etmək istəyən sahibkarlar bu meyvəyə xüsusi yanaşmalıdırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq





