BDU-nun 100 illiyinə həsr olunan konfrans başa çatıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan "Riyaziyyat və onun tətbiqləri" 8-ci Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) bağlanış mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, BDU-nun rektoru Elçin Babayev dörd gün davam edən konfransın işini yüksək qiymətləndirib, bölmə iclaslarında təqdim olunan məruzələrin, aparılan elmi müzakirələrin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Rektor gələcəkdə dünyanın tanınmış riyaziyyatçılarının iştirakı ilə Bakı Dövlət Universitetinin tələbə, magistr və doktorantları üçün riyaziyyat üzrə məktəblərin təşkil olunması təklifini irəli sürüb.
Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun Bakı Dövlət Universitetinin əsas tərəfdaşlığı və ev sahibliyi ilə keçirilən konfransın faydalı olduğunu bildirib və təqdim olunan məqalələrin toplu şəklində və indekslənən jurnallarda nəşr olunacağını haqqında məlumat verib.
Sonra beynəlxalq konfransın bölmə iclaslarına rəhbərlik edən yerli və xarici alimlərin hesabatları dinlənilib. Azərbaycanda olmaqdan məmnunluqlarını bildirən qonaqlar, konfransın işini yüksək dəyərləndirib, təşkilatçılara, universitet rəhbərliyinə minnətdarlıq ediblər.
Bağlanış mərasimində rektor Elçin Babayev Türkdilli Dövlətlərin Riyaziyyatçılar Cəmiyyətinin fəxri prezidenti, tanınmış alim, bacarıqlı elm təşkilatçısı Hilmi Hacısalihoğlunu "Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə, Azərbaycan riyaziyyatçılarına göstərdiyi xüsusi diqqət və qayğıya görə" "BDU-nun Fəxri diplomu" ilə təltif edib.
Bakı Dövlət Universitetinin bir qrup əməkdaşı Təşkilat Komitəsi tərəfindən konfransın təşkilində göstərdikləri xidmətlərə görə sertifikata layiq görülüblər.
Qeyd edək ki, Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə baş tutan konfransda Cəbr, Topologiya, Riyazi analiz və differensial tənliklər, Statistika, Tətbiqi Riyaziyyat, Riyazi təhsil, Diskret Riyaziyyat, İnformasiya təhlükəsizliyi, Həndəsə və riyaziyyatın digər sahələri ilə bağlı 43 ölkədən daxil olmuş 243 elmi məruzə dinlənilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib





