Cəmiyyət

Məktəbli qız haqda yazılmış ən gözəl şeir

23 İyun 2019 20:46
2 Şərh     Baxış: 2 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kulis.az-a istinadən Hüseyn Cavidin "Qız məktəbində" şeirini təqdim edir.

- Quzum, yavrum! Adın nədir?

- Gülbahar.

- Peki, sənin anan, baban varmı?

- Var.

- Nasıl, zənginmidir baban?

- Evet, zəngin, bəyzadə...

- Öyle ise, geydiyin geyim

neyçin böyle sade?

Yoxmu sənin incilərin, altun bilərziklerin?

Söyle, yavrum! Heç sıxılma...

- Var, efendim, var...

Lakin

Müellimem hər gün söylər,

onların yox qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.

- Çox doğru söz...

Bu dünyada senin

ən çox sevdiyin kimdir, quzum,

söylərmisən?

- Ən çox sevdiyim ilkin

O ALLAH ki, yeri-göyü,

insanları xəlq eylər.

- Sonra kimlər?

- Sonra ONUN gönderdiyi elçilər.

- Başqa sevdiklərin nasıl,yoxmu?

- Var...

- Kimdir onlar?

- Anam, babam, müellimem

bir de bütün insanlar...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.