Cəmiyyət

“Polisə təhvil verilir” - Avtobusda yük daşıyanlar cərimələcək? - VİDEO - FOTO

24 May 2019 17:32
0 Şərh     Baxış: 1 734

İctimai nəqliyyatda tikinti materialları, iri ölçüdə məişət əşyaları, hətta heyvanların daşınması hallarına tez-tez rast gəlinir. Bu cür yüklərin daşınmasından isə daha çox sərnişinlər əziyyət çəkirlər.

Milli.Az xəbər verir ki, bu məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sərnişin: "Bazara kartof almağa gedirəm. Nə edim? Aldığımı başqa şeylə gətirim?"

Sərnişin: "Yük maşını ilə daşınmalıdır. Avtobusla olmaz, çünki toz-torpaq olur".

Sakin: "Aparmıram,  amma aparanlar var. Başqalarını da düşünmək lazımdır, çünki heyvanla insan birgə getməz".

Sürücü: "İctimai nəqliyyat vasitəsi insan üçün nəzərdə tutulub, yük üçün yox".

Sürücü: "Həm sərnişinləri narahat edir, həm minib-düşməyə çətinlik yaradır".

Əlbəttə, mütəmadi olaraq belə halların yaşanması sərnişinlərin də haqlı narazılığına səbəb olur. Çünki, onsuz da, narahat oturacaqlardan, avtobusdakı sıxlıqdan əziyyət çəkənlər, məcburən bir də həmin əşyanın, necə deyərlər, nazını çəkməli olur. Ancaq, əslində, sərnişinlərə narahatlıq yaradan, mümkün sərt manevr zamanı şəxsin özünün və digər sərnişinlərin xəsarət almasına səbəb olacaq əşyaların daşınması qadağandır. Sürücü bu cür əşyalarla avtobusa daxil olan şərnişinə etirazını bildirməlidir.

Elməddin Muradlı - Ekspert: "Traktor təkərini avtobusla aparır. 10 manat taksiyə verib aparmaq istəmir. Sən başqalarını niyə narahat etməlisən? Sürücü yaxınlıqdakı polis bölməsinə mütləq məlumat verir. Qarşıdakı post patrul xidməti əməkdaşları marşurut boyu ona yaxınlaşacaq. Sərnişinləri narahat etməmək şərti ilə polisə təhvil verilir".

Avtobus marşrutlarında sərnişin özü ilə eni 60, uzunluğu 40 və hündürlüyü 20 sm-dək olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir. 

Natiq Kərimov - DANX-nin baş mütəxəssisi: "Avtobusun baqaj bölməsində yer varsa, ölçüləri 30- 50-100 sm, çəkisi isə, 60 kq-dan çox olmayan 2 ədəd baqaj yükünün də aparılmasına yol verilir. Bu halda ödəniş Tarif Şurasının tarifinə uyğun olaraq edilməlidir".

Avtobuslardakı ümumi mənzərə onu deməyə əsas verir ki, yüklərin daşınması məsələsində də nəzarət mexanizmini gücləndirmək lazımdır. Ancaq ekspertlər bu cür halların qarşısını almağın ən yaxşı yollarından birinin ictimai qınaq olduğunu hesab edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.