Cəmiyyət

Nobel mükafatı laureatı Quba məzarlığında oldu

9 Aprel 2010 17:30
Baxış: 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
SİA-nın verdiyi məlumata görə, bundan əlavə Quba rayon İcra Hakimiyyətinin rəsmiləri, Quba və Xaçmaz rayon polis şöbələrinin rəisləri də ziyarətdə iştirak ediblər.

Mətbuat işçilərinə əraziyə girməyə icazə verilməyib. Amma görüşdə iştirak edən rəsmi şəxslərin birindən alınan məlumata görə, bu şəxs Nobel mükafatı lauratı Jores İvanoviç Alfyerov olub. Rusiya Milli Elmlər Akademiyasının vitse-prezidenti gördüklərindən dəhşətə gəldiyini vurğulayıb. Akademikə məzarlıq barədə məlumat verilərkən onun ürəyində ağrılar başlayıb. Nobel mükafatı lauratı Jores İvanoviç Alfyerov kəllə sümüklərinə baxarkən "mən daha bacarmıram deyib".

Xatırladaq ki, Jores İvanoviç Alfyerov 2000-ci ildə Nobel mükafatına layiq görülüb. O bir sıra ölkələrin, o cümlədən 2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvüdür.

/SİA/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.