Cəmiyyət

"NİRRİN Health&Spa" Gözəllik və Sağlamlıq Mərkəzi 5 illiyini bayram gecəsi ilə qeyd edib - VİDEO - FOTO

13 Mart 2019 12:43
Baxış: 3 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Trend xəbər verir ki, JW Marriott Absheron Baku otelində "NİRRİN Health&Spa" Gözəllik və Sağlamlıq Mərkəzinin 5 illiyinə və Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram gecəsi keçirilib.

Gecədə tanınmış dizayner, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı və prodüser Ranar Musayev (o, həm də tədbirin rejissoru olub), aktyor İslam Məhrəliyev və digərləri iştirak ediblər.

Gecədə "NİRRİN Health&Spa"nın daimi müştəriləri olan estrada ulduzlarının iştirakı ilə konsert olub.

"Gözəllik və sağlamlıq həmişə əl-ələ gedirlər. Ona görə də "NIRRIN"in konsepsiyası salon yox, daha çox tibbidir. Ötən 5 il ərzində bizim həkim və kosmetoloqlarımız hər il təcrübələrini artırır, dermatologiya, kosmetologiya və yaşlanma əleyhinə təbabət üzrə beynəlxalq layihələrdə və dünya konqreslərində iştirak edirlər.

Bizim vəzifəmiz əziz xanımların arzularını həyata keçirməklə onları gələcəkdə də sevindirməkdir. Biz inanırıq ki, məhz sağlam olan kəs gözəldir," - baş direktor Nəzrin Səlimzadə bildirib.  

"NİRRİN Health&Spa" Gözəllik və Sağlamlıq Mərkəzi özündə tibbi klinika, SPA, kosmetologiya və gözəllik salonu ideyasının sintezini ehtiva edir. Mərkəz fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı uğurlar əldə edib, Azərbaycanda zərif cinsin nümayəndələrinin inam və məhəbbətini qazanıb, bir sıra milli mükafatların laureatı olub.

Mərkəzin Səhiyyə Nazirliyinin lisenziyasına sahib yüksək səviyyəli personalı, yüksək keyfiyyətli avadanlığı, füsunkar interyeri, rahatlıq mühiti göstərilən xidmətdən mütləq razı qalan müştərilərin bura daimi axınına səbəb olur.  

"NİRRİN Health&Spa"nın şüarı "Sağlamlığınızı unutmadan gözəlliyinizin qayğısına qalın!"dır.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.