Cəmiyyət

Ofeliya Əfqanlı: «Səyavuş Aslan məni dəlixanaya saldırdı»

8 Aprel 2010 15:16
Baxış: 6 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ATV telekanalının yeni layihəsi olan "Sən tək deyilsən" verilişinin ötən günkü buraxılışında iştirak edən Musiqili Komediya Teatrının aktirsası Ofeliya Əfqanlı keçmiş həyat yoldaşı, xalq artisti Səyavuş Aslan haqqında tükürpədici açıqlamalar verib. Verilişdə ailə-məişət probelmləri müzakirə olunduğundan aktirsa özü ilə bağlı bunları deyib:

"Mən Səyavuşla ailəli olduğum bir vaxta o başqa bir qadınla görüşürdü. Kişidir, istəsə 100 qadınla da görüşə bilər. Amma bu illişgidən xəbər tutmamağım üçün o, məni dəlixanaya apardı. Amma başqa adla. Hələ o zamanlarda məndə vergi əlamətləri hiss olunurdu. Səyavuş dedi ki, bununla bağlı o məni hansısa bir professorla görüşdürəcək. Bu adla məni dəlixanaya apardı. Orada professorla görüşdüm və bir neçə gündən sonra hara gətirildiyimi başa düşdüm. 11 gün həmin mühitdə qalıb və geri, evimə qayıtdım. Bu müddətdə qəbul etdiyim dərmanların təsiri altında idim. Amma özümü toplayıb, 2 gündən sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət etdim. Səyavuşdan ayrıldım. O vaxt bizim birilkdə yaşadığımız mənzil iki hissəyə ayrıldı və mən bu günə qədər də keçmiş həyat yoldaşımla qonşu kimi yaşayıram".

Həmin vaxtdan 26 ilə qədər zaman keçsə də, Ofeliya xanım hadisəni unuda bilmədiyini söyləyib. Sözünün davamında o, başqa bir gileyini də dilə gətirib. Aktrisa uzun illər televiziya tamaşalarında və teatr səhnəsində onlarla rollar oynamasına baxmayaraq, fəxri ada layiq görülmədiyini bildirib.

Milli.Az portalının müxbiri yuxarıda səslənən fikirlə bağlı xalq artisti Səyavuş Aslanın mövqeyini öyrənməyə çalışsa da, aktyor ona edilən telefon zənglərinə cavab verməyib.

Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.