Azərbaycan Ordusunun ilk hərbi hissəsinin yaranmasından 20 il ötür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın məlumatına görə, bu münasibətlə hərbi hissənin şəxsi heyəti, keçmiş briqada və tabor komandirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib, Şəhidlər xiyabanında dəfn olunmuş döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər.
Şəhidlər xiyabanında keçirilən anım tədbirində çıxış edən 701 saylı Hərbi Hissənin Veteranları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə briqadanın döyüş yolundan danışıb. 701 saylı hissənin 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində Sovet ordusuna məxsus 18110 saylı hərbi hissədə yaradıldığın, iki ay sonra isə şəxsi heyətin Qarabağda döyüşlərə qatıldığın bildirib: "Hərbi hissəmiz Şuşanın kəndlərinin müdafiəsində, Daşaltı əməliyyatında, Xocalının, Kəlbəcərin müdafiəsində, 1992-ci ilin uğurlu yay kampaniyasında, eləcə də 1994-cü ildə Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib. 701 saylı briqadanın necə döyüşdüyünü ermənilər də yaxşı bilirdilər".
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev isə çıxışında keçmiş döyüşçülərin hər il oktyabrın 9-da Şəhidlər xiyabanına toplaşaraq bu tarixi andıqlarını deyib: "Biz burada mərhum general Zaur Rzayevin komandası altında Hərbi Andı qəbul etdik. Artıq 20 il ötüb. İndi bizim övladlarımız 701 saylı hərbi hissədə xidmət edirlər".
Hərbi hissənin sabiq komandiri, polkovnik-leytenant Valeh Rəfiyev isə keçmiş döyüşçülərin bu birləşib yenidən döyüşlərə atılmağa hazır olduğun bəyan edib: "İyirmi il ötüb. Amma bu illər bizim döyüşçülərin savaş ruhuna heç bir təsir göstərməyib. Ali Baş Komandanın əmri altında bizim keçmiş əsgər və zabitlərimiz yenidən döyüşlərə atılacaqları günü gözləyirlər".
Qeyd edək ki, 1991-ci il oktyabrın 9-da Azərbaycan Ali Soveti (Milli Məclis) Silahlı Qüvvələrin yaradılması haqqında qərar qəbul edib. Bu hərbi hissənin ilk taborları könüllülərdən təşkil olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb





