Cəmiyyət

Vətən yolunda şəhid olanlar unudulmurlar

13 Fevral 2019 16:14
Baxış: 828

İbrahim Məmməd oğlu Zeynalov 1964-cü il yanvarın 30-da Bakıda anadan olub. Şərurda nənəsi Bədir tək yaşadığına görə onun yanında böyüyüb, orta məktəbi də orada bitirib. Neft texnikumuna qəbul olub, bir müddət Neft Daşlarında işləyib. Sonra təhsil almaq arzusu ilə Rusiyaya üz tutub, bir müddət orada yaşayandan sonra ermənilərin əsassız torpaq iddiaları baş qaldıranda Azərbaycana qayıdıb. 1992-ci ilin yazında könüllü olaraq Milli Orduya yazılıb və Ağdam rayonunda döyüşüb. Həmin il avqustun 3-də Bakıya gəlib ailə üzvləri, qohum-əqrəba ilə görüşüb. Bu, onun son görüşü olub. Bir neçə gün sonra cəbhəyə qayıdan İbrahim avqustun 18-də Xocavənd rayonunda Qarakəndin müdafiəsi uğrunda gedən döyüşdə şəhid olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hərbi qulluqçu kimi şəhid olan İbrahim Zeynalovun qısaca tərcümeyi-halı belədir.

Zeynalovlar ailəsi üç qardaş və iki bacıdan ibarətdir. İbrahimin qardaşları Rəsul, Yusif və Rəhim, bacıları Həlimə və Natəvan onu elinə-obasına bağlı, yurdsevər, qohum-qardaşa canıyanan bir övlad kimi xatırlayırlar.

İbrahimin bacısı Həlimə Zeynalova deyib: "Onun bəxtinə cəmi 28 illik bir ömür payı düşdü. İbrahimin qovuşduğu şəhidlik ömrü isə daha uzun və unudulmazdır. Ölkəmizdə şəhidlərə olan hörmət və ehtiram, şəhid ailələrinə göstərilən diqqət və qayğı belə düşünməyə əsas verir. Prezident İlham Əliyevin şəhidlərin ailələrinin birdəfəlik ödəmələrlə təmin olunması barədə verdiyi Fərman bu qəbildən olan daha bir qayğının ifadəsidir. Hesab edirəm ki, müqəddəs yolda şəhid olanlar buna layiqdirlər. Şəhid ailəsinin üzvü kimi bu diqqətə görə dövlət başçısına təşəkkür edirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.