Azərbaycanda istehsal olunan xalçalar İsveçdə satışa çıxarılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçin paytaxtı Stokholmda "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan məhsulların satışını həyata keçirən mağaza açılıb.
Stokholmun Viksjö rayonunun ticarət mərkəzində "Azerbajdzjanska mattor" adı ilə yeni fəaliyyətə başlayan mağaza artıq yerli ictimaiyyətin marağına səbəb olub.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən mağazanın sahibi Əbülfəz Seyidov deyib ki, İsveçdə Azərbaycan xalçalarının satışını həyata keçirmək üçün mağaza açmaq fikri onun ailəsinə məxsusdur. Buna görə də ona məxsus "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının İsveçə idxalı üçün "Azərxalça"ya müraciət edib. Bundan sonra sahibkarın verdiyi təklif "Azərxalça" tərəfindən müsbət dəyərləndirilib və həmin şirkətin "Azərxalça"nın İsveçdəki distribüteri olması ilə bağlı razılıq əldə olunub.
Sahibkar bildirib ki, fəaliyyətə başlayan yeni mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb. Bundan başqa müştərilərə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin kataloqundan istənilən xalçaları seçmək imkanı da yaradılıb.
"Bu mağazanın açılışı həm azərbaycanlı ustaların əl işlərinin, həm də ölkəmizin mədəniyyətinin və tarixinin İsveçdə daha da tanıdılmasına kömək edəcəkdir", - deyə Əbülfəz Seyidov vurğulayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib





