Bakı Avtovağzalında avtomobillərin girişi üçün vaxt limiti ləğv edildi - YENİ TARİFLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin girişi üçün verilən vaxt limitinin ləğv olunmasının səbəbi və yeni tariflər açıqlanıb.
Milli.Az bildirir ki, avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Trend-ə bildirib ki, tariflər istifadəçilərin xeyrinə dəyişdirilib və bundan əlavə, istifadəçilərə abunə kartları təklif olunur.
P.Məmmədovanın sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalına giriş-çıxış üçün verilən vaxt limiti (0-20 dəqiqə) ötən ayın 1-dən etibarən tətbiq olunan yeni qaydalardan sonra ləğv olunub:
"Bildiyiniz kimi, avtovağzal ərazisinə 2 tərəfdən giriş mövcuddur. Bu səbəbdən tıxaca düşmək istəməyən sürücülər yuxarı girişdən avtovağzala daxil olaraq, buranı keçid məntəqəsi kimi istifadə edirdilər. Avtovağzal özəl ərazidir, qeyd etdiyim məqsədlər üçün buradan istifadə edən sürücülər xaos yaranmasına səbəb olurdu. Yaranan sıxlıq sərnişinlərin avtovağzal ərazisində rahat hərəkətinə çətinlik yaradırdı. Ərazini keçid məntəqəsi kimi istifadə edən sürücülərin, eyni zamanda sərnişin qismində müştəri cəlb etmək üçün avtovağzala daxil olan taksilərin yaratdığı qarışıqlıq əllərində yükü olan, səfərə çıxmağa hazırlaşan sərnişinlərin avtovağzalın giriş hissəsinə daxil olmasına imkan vermirdi. Avtomobilini daha uzaq yerdə saxlayıb, yüklərlə o qədər məsafə qət etmək isə sərnişinlərin təbii narazılığına səbəb olurdu".
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, vətəndaşın avtovağzala daxil olması, perrona qalxıb bilet alması və ya hər hansı bir yaxınını yola salması 20 dəqiqədən artıq vaxt tələb edir. Bu da o deməkdir ki, girişin 0-20 dəqiqə pulsuz olması ərazinin yuxarıda qeyd edilən məqsədlərlə istifadəsinə gətirib çıxarırdı:
"Nəzənizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan yeni tariflər belədir: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat). İstifadəçilər 30 manatlıq abunə kartı almaqla ay ərzində limitsiz istifadə haqqı əldə edə bilərlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb
-
İmişlidə ağır qəza: Ölənlər var
-
“Nvidia”nın rəhbəri xəyanətə görə üzr istədi
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib





