Cəmiyyət

Paytaxtda yol çökdü - FOTO

6 Aprel 2010 15:31
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Milli.Az xəbər portalına Səbail rayon sakinləri müraciət ediblər. Sakinlər bildirirlər ki, ötən gün yağan güclü yağışdan sonra yol 2 metrlik diametrdə çöküb, təxminən 1 metr ərazidə  asfalt tamamilə dağılaraq xəndəyə çevrilib. Yolun alt hissəsi boş olduğundan çökmə davam edir. Nəticədə ikitərəfli yolda maşınların hərəkətində çətinlik yaranıb.  
 
Məsələ ilə bağlı Səbail rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Milli.Az xəbər portalına bildirildi ki, bu barədə onlara hər hansı məlumat daxil olmayıb. Bildirildi ki, təcili olaraq problem barədə aidiyyət orqanlar məlumatlandırılacaq və aradan qaldırılacaq.

"Azəryolservis"ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov isə Milli.Az-a açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirdi: "Hazırda həmin ərazidə yolun çökməsi barədə bizdə məlumat yoxdur. Çökən ərazi müəyyən edildikdən sonra lazımı işlər görüləcək".
Çökmənin başvermə səbəblərinə gəlincə, P.Mərdanov hələlik bu barədə nətitəcəyə gəlməyin tez olduğunu vurğuladı.  

Anar Məmmədov
Milli.Az

--------------------------------------------------------------------------------

Foto Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.