Beyinsiz kişiyə sual
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Doğum tarixini soruşsa, "Üzeyir Hacıbəylidən 100 il sonra doğulmuşam" deyəcəksən. Vaxtında öyrənmədiklərinə görə utansın.
Sevdiyim ölkə "İranla 765, Türkiyə ilə 15 km məsafədə həmsərhəddir" deyəcəksən. Tapsın, sevdiyin ölkəyə qurban olsun...
Harada yaşamaq istədiyini soruşsa, "Rusiya oranı 7,2 milyon dollara Amerikaya satdı" de. Sənə görə donmağı gözə alsın.
Ən sevdiyin şairi soruşsa, "Modigilianin sevgilisi, Qumilyovun arvadı" deyəcəksən. Sayəndə iki sətir şeir əzbərləsin...
Sevdiyin yazıçını soruşsa, "Alkoqolik, psixopat, poçtalyon idi". Dünyanın ən mənalı avarasını tanısın.
Sevdiyin parça "O inqilablara "nəzakətli inqilab" da deyirlər". Hər milli metrindən qadınlıq yağan parçanı tanısın.
Ən yaraşıqlı kişi "O öləndə italyan radiosu "İskəndər, Napoleon, qalxın, böyüyünüz gəldi" demişdi. Oxşaya bilməsə də, cəhd eləsin.
Harada olduğunu soruşsa, "Alfred Nobelin evinin yanında"de. Parisi tanımasa da, Bakını tanısın.
Çox təkrarlasa, "Rədifli danışma" de. Eyni şeyi təkrarlamaq yerinə, qoşma öyrənsin.
"Beynəlxalq Uşaqlar Günü görüşərik" de. Uşaqlar gününü bilməyən adam uşaq da sevməz...
Ad gününə "Con Lennonun yaratdığı qrup"un valını istə. Dünyada meyxanadan başqa şeylərin olduğunu da öyrənsin.
Sevmədiyin markanın "Kameliya çiçəyinin simvolu olduğu marka" de. Ölənə qədər kişiləri barmağına dolayan çəlimsiz fransız gözəlçəsini tanımaq ona da qismət olsun.
Ən sevdiyin dizaynerin "Livanlıdır" de. 18 yaşında brendini yaradan yaraşıqlını o da tanısın.
Kanadaya niyə getmək istədiyini soruşsa, "Dünyada 60%-i Kanadada yerləşir, ona görə" de. Dənizi yox, onları sevdiyini anlasın.
Şalvarının ətəyinin "Dördbucaqlı, oturacaqları bir birinə paralel olsun" de. Qara şalvar, qara köynəklilər bu dili anlamaz.
Sevdiyin daşı soruşsa, "İlanı kor edən" de. Bunu bilməsə, Əl-Birunini də tanımır deməkdir.
"Sevdiyim üsluba "kələ-kötür mirvari də deyirlər" deyə bilərsən. Klassika əbədidir, renesans qalıcı...
"Sevdiyim rejissor "Stalinqrad"ı çəkən" de. Bondarçukun ancaq aktyor olmadığı haqda dəhşətli sirri öyrənsin.
"Sevdiyim film 1998-ci ildə çəkildi. 1999-cu ildə "Qızıl Qlobus" aldı" de. "İnsanlıq varsa, müharibə də var" deyimi kaş ki, filmlərdə olsaydı...
"Sevdiyim müğənnini nənəsi uşaqlıqda alkoqol verib, kor etmişdi"de. Qoy, Yutubu ələk-vələk eləsin. "Heç nəyə görə peşman deyiləm" yazıb axtarsın.
Neçə il ömür yaşamaq istədiyini soruşsa, "3.14.15 qədər" de.
"Sevdiyim çiçəyin əsl adı "kiku"dur, yapon dilində "günəş" deməkdir" de. Getsin, axtarsın.
Yuxarıda oxuduqların sənə indi primitiv oyun kimi görünə bilər. Ancaq bu primitiv suallar qarşısında aciz qalan oğlan sabah sənin tarixini unutdurur, coğrafiyanı alt-üst edər, dərdlərini Pi nöqtəsinə qədər uzadar.
Günay Arda
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)





