Cəmiyyət

70 avtomobil Bakı-Şamaxı yolunda qalıb

5 Aprel 2010 22:04
Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yolun bir hissəsində təqribən 30 metr məsafəyə tökülən torpaq avtomobillərin hərəkətini çətinləşdirib. Təqribən 70-ə yaxın avtomobil yolda qalıb. Ağsu rayon 12 saylı Yol İstismar İdarəsinin əməkdaşları hazırda hadisə yerinə yollanıb. Yolun təmizlənməsi üçün ağır texnika göndərilib.

Xatırladaq ki, martın 16-da Ağsu aşırımında 14 km məsafədə sürüşmə baş vermişdi.

Qeyd edək ki, ərazidə sürüşmə fevral ayının axırlarından güclü yağışlardan sonra başlayıb. Hazırda sözügedən ərazidə yağışın yağması ərazidə sürüşmə ehtimalını bir az da artırıb.

Mütəxəssislərin sözlərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun həmin hissəsi seysmik sürüşmə zonası hesab edilir.

/ANS PRESS/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.