İsrail Azərbaycanın döyüş vertolyotlarını modernizə olunmuş “Spike” raketləri ilə silahlandırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin "Rafael" şirkəti Azərbaycanın döyüş vertolyotlarını modernizə edilmiş "Spike" raketləri ilə silahlandırır.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki,bunu ötən həftə Bakıda keçirilmiş "ADEX 2018" müdafiə sərgisində şirkətin regional direktoru Şimon Naymen açıqlayıb.
"Hazırda biz Azərbaycanda hərbi vertolyotlarda modernizə edilmiş "Spike" raketlərinin quraşdırılmasını həyata keçiririk. Bu raketlərin fəaliyyət radiusu 30 kilometrdir. Bu isə o deməkdir ki, modernizə edilmiş "Spike" raketi ilə silahlanmış hərbi vertolyot düşmən üçün əlçatmaz olacaq. Başqa sözlə, vertolyotlar Azərbaycanın nəzarətində olan ərazilərdən düşmənin nəzarəti altında olan ərazilərə dəqiq zərbə endirəcək, bu zaman özü atəş altına düşməyəcək"-Şimon Naymen bildirib.
"Rafael" şirkətinin regional direktoru onu da deyib ki, şirkət Bakıdakı sərgidə MiQ-25 qırıcılarında quraşdırılması mümkün olan ən yeni kəşfiyyat sistemlərini də nümayiş etdirib. Bu sistemlər 350 kilometr məsafədən informasiyanı online rejimində ötürüə bilir.

Azərbaycan ordusunun döyüş vertolyotlarının düşmənin daşınan zenit-raket komplekslərinin fəaliyyət radiusuna daxil olmadan hədəflərə dəqiq zərbə endirmək imkanında olduğunu bu ilin mayında müdafiə naziri Zakir Həsənov da silahlı qüvvələrin 100 illiyinə həsr edilmiş mətbuat konfransı zamanı açıqlamışdı. Nazir bildirmişdi ki, 2016-cı ilin aprel döyüşlərinin təcrübəsindən çıxış edərək döyüş vertolyotlarının düşmənin daşınan zenit-raket komplekslərinin fəaliyyət radiusuna daxil olmadan 50 kilometrə qədər məsafədən hədəfləri vurmağa imkan verən sistemlərlə təchiz edilməsi həyata keçirilir. 2016-cı ilin aprelində Azərbaycan xüsusi təyinatlı qüvvələrinin bir vertolyotu düşmən mövqelərinə yaxın məsafədən zərbə endirərkən vurulmuşdu.
Azərbaycanın döyüş vertolyotlarının İsrail istehsalı olan raketlərlə təchiz edilməsi hələ bir neçə il əvvəl başlamışdı. Lakin o zaman söhbət radiusu 10-20 kilometr olan raketlərdən gedirdi. Ermənistan isə son illərdə Rusiyadan "Verba" daşınan zenit-raket sistemləri əldə etdiyindən həmin radiuslu raketlər Azərbaycan ordusunun vertolyotlarının düşmənə zərbə endirərkən atəş altına düşməsini qaçılmaz edə bilərdi. İndi isə vertolyotlar təmas xəttini keçmədən, yaxud hücum edən qoşunların onlarla kilometr arxasından düşmən hədəflərinə sərrast zərbələr endirib onların tanklarını, zirehli maşınlarını, atəş nöqtlərini sıradan çıxara biləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
-
Gündə 5, ayda 20 min manat: Yeni limitlərlə bağlı açıqlama - (Video)
-
Düzgün ixtisas seçimi necə aparılmalıdır?
-
“Arzum 999”un məhkəməsində yeni qərar
-
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb
-
Azərbaycan Estoniyaya yeni səfir təyin edib
XƏBƏR LENTİ
-
Müctəba Xameneinin səhhəti ilə bağlı şok iddia
-
Gəncədə 20 Yanvar abidəsi zibilliyə dönüb - (Video)
-
İslandiya 2028-ci ildə Aİ-yə qoşula bilər
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
-
Gündə 5, ayda 20 min manat: Yeni limitlərlə bağlı açıqlama - (Video)
-
"Tarqovu"da baş verən yanğın məhdudlaşdırılıb - (Yenilənib/Video)
-
Altay Bayındır “Mançester Yunayted”dən ayrılır
-
Tovuzda fermada gənc bibisini güllələyərək öldürdü
-
Trampın yaratdığı Sülh Şurasından ilk hərbi layihə
-
Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib
-
Düzgün ixtisas seçimi necə aparılmalıdır?
-
“Arzum 999”un məhkəməsində yeni qərar
-
Moskvada güclü partlayış səsləri eşidilib
-
Şəmkirdə Abidələr parkında antisanitar vəziyyət yarandı - (Foto)
-
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb
-
Azərbaycan Estoniyaya yeni səfir təyin edib
-
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edilib
-
Aİ-nin Ermənistan üzərində təsir imkanları yoxdur
-
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqlənib
-
Media və Yayım Şurasının strukturu təsdiqlənib
-
Sabahın hava proqnozu açıqlandı
-
Türkiyədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb
-
“Sabah” - “Orhus” oyununun hakimləri dəyişdirildi
-
Pezeşkian qonşu ölkələrin dəstəyindən danışdı: “Buna imkan vermədilər”





