Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçirilir - Hər həftə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər həftənin 4-cü günü Bakı vaxtı ilə saat 10:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçirilir.
Milli.Az bildirir ki, BBAK-dan Trend-ə verilən məlumata görə, avtobusun Kislovodsk şəhərinə çatma vaxtı növbəti gün saat 9:00-dır. Avtobusun Kislovodskdan geriyə yola düşmə vaxtı bazar günü saat 12:00, Yessentukidən yola düşmə vaxtı isə 13:00-dır.
Biletin bir istiqamətə qiyməti 70 AZN təşkil edir.
Bakı-Yessentuki-Kislovodsk reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir. Sərnişinlərdən xahiş olunur ki, biletləri mütləq şəkildə onlayn qaydada və ya BBAK-ın kassalarından əldə etsinlər.
BBAK-dan hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə kompleks məsuliyyət daşımır.
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.
Sərnişinlərimizin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.
Qeyd edək ki, sərnişin sıxlığı çox olarsa, əlavə reys açıla bilər.
Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58, (012) 406 01 59 telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb
-
İmişlidə ağır qəza: Ölənlər var
-
“Nvidia”nın rəhbəri xəyanətə görə üzr istədi
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib





