Cəmiyyət

“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb - FOTO

20 Sentyabr 2018 19:10
0 Şərh     Baxış: 2 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis dilli Vikipediyada Milli qəhrəmanlarımız haqqında məqalələr yaradılıb.

Milli.Az xəbər verir ki, məqalələrdə Azərbaycanın Milli qəhrəmanları - Mikayıl Cəbrayılov, Mövsüm Məmmədov, Zakir Yusifov, Əliyar Əliyev, Səfiyar Behbudov, Mehdi Abbasov, Aslan Atakişiyev, Koroğlu Rəhimov,Nofəl Quliyev,Valeh Müslümov, Vüqar Hüseynov, Yusif Əliyev, Cəlil Səfərov, Elgiz Kərimov, Fərhad Hümbətov, Fəxrəddin Musayev, Fikrət Hacıyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir. Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan "Vikipediya"larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması üzərində iş aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.