Şou-biznes

73 yaşlı Tatlısəs 6-cı dəfə evlənib? - AÇIQLAMA

19 Fevral 2025 18:44
Baxış: 1 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin 6-cı dəfə evləndiyi iddia edilib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, müğənni bu barədə Almaniyadaki konsertindən qayıdarkən hava limanında jurnalistlərə açıqlama verərkən deyib.

Sənətçi köməkçisi ilə dini nikah iddialarına cavab verib: "Xanım mənim nikahlı həyat yoldaşım deyil."

Tuğçə Korkmaz ilə dini nikah iddiaları barədə sual verildikdə, İbrahim Tatlısəs narazılığını ifadə edərək belə deyib: "50 dəfəmi deyəcəyəm? Xanım mənim nikahlı həyat yoldaşım deyil. O, mənə insan kimi baxır, hər şeyimi edir" .

Tuğçə Korkmaz isə suallara yalnız təşəkkür edərək cavab verib.

Qeyd edək ki, Tatlısəs Mannheim, Nürnberg və Münhendə ardıcıl üç gecə konsert verdikdən sonra İstanbula dönüb. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.