Cəmiyyət

Azərbaycanlı nişanlı cütlük milli musiqiləri dünyada təbliğ edirlər - VİDEO

1 Sentyabr 2018 19:51
1 Şərh     Baxış: 2 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı nişanlı cütlük tərəfindən diqqət çəkən addım atılıb. Onlar ölkələri gəzərək Azərbaycan mahnılarını ifa edirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, musiqiçilər Rizvan Əliyev və Röya Miriyeva "Street cover" layihəsi ilə dünyanın bir çox ölkəsinə səyahət edib, orada həmin ölkənin memarlıq abidələri, rəmzi olan yerlərin qarşısında Azərbaycan mahnıları səsləndirirlər.
Onlar əsasən məşhur yerlərin, şəhərlərin fonunda retro mahnıları oxuyurlar. Bildirlər ki, mahnılarımız hər bir ölkədə marağa səbəb olur. İnsanlar onlara yaxınlaşaraq ifa etdikləri mahnılarla bağlı əlavə məlumat alırlar.
Qeyd edək ki, Rizvan Əliyev tarda, gitarada ifa edir, Röya Miriyeva isə oxuyur. Görüntüləri isə sosial şəbəkədə paylaşırlar.
Cütlüyün məqsədi Azərbaycan musiqisini bütün dünyada təbliğ etməkdir. Onlar bu layihələrini davam etdirmək və genişləndirmək niyyətindədirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı nişanlı cütlük milli musiqiləri dünyada təbliğ edirlər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.