Cəmiyyət

Kəlmeyi-teyyibə nədir?

21 Avqust 2018 19:15
0 Şərh     Baxış: 5 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ərəb dilindən tərcümədə bu ifadə "pak söz" mənasını verir. Qurani-Kərimdə də bu ifadəyə rast gəlirik: "Pak söz Ona tərəf yüksələr və və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar" (Fatir, 10). Təfsir alimləri ayədəki "əl-kəlimut-teyyib" (pak söz) ifadəsini düzgün əqidə, tövhid kəlməsi, zikr, həmdü-səna mənalarında izah etmişlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu izahların ümumiləşməsi olaraq, İslam ənənəsində dinin əqidə əsaslarını bildirən cümlələr kəlmeyi-teyyibə adlandırılır. Belə ki, kəlmeyi-teyyibə kəlmeyi-şəhadət cümlələri ilə yanaşı götürülür. Daha konkret desək, kəlmeyi-şəhadət cümlələrinin əvvəlindəki "əşhədu ən" (şəhadət verirəm ki) ifadəsini çıxmaqla yerdə qalan cümlələrə, yəni sağlam İslam əqidəsinin düsturlarına kəlmeyi-teyyibə deyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.