Cəmiyyət

Bakıda kirayə evlər bahalaşdı - VİDEO

17 Avqust 2018 21:59
2 Şərh     Baxış: 2 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kirayə qiymətləri bu ay daha da artıb. Milli.Az bildirir ki, universitetlərin yerləşdiyi ərazilərdə artıq 2 otaqlı evlər 350 manatdan, 3 otaqlı evlər isə 500 manatdan təklif olunur.

Artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə metroya yaxın və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur. May və iyın aylarında 250-300 manata təklif edilən evlərin qiyməti indi 400 azndək bahalaşıb.

Onu da qeyd edək ki, evlərin qiymətində bahalaşma ilə yanaşı kirayə ev tapmaqda da ciddi çətinliklər var. Əmlak ekspertləri bildirir ki, bina evlərində kirayə evlər demək olar qalmayıb. Çünki hər il bu vaxt ancaq tələbələrə görə bahalaşan evlərin qiymətinin artmasında çoxsaylı turist axını da önəmli rol oynayır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda kirayə evlər bahalaşdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.