Cəmiyyət

Türkiyədə "Azərbaycan rüzgarı" adlı veriliş efirə gedəcək

31 İyul 2018 18:42
Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Bengü türk" televiziyasında "Azərbaycan rüzgarı" verilişi efirə gedəcək.

Milli.Az bildirir ki, bu haqda verilişin müəllifi və aparıcısı Səidə Ömərova özəl olaraq "Palitra"ya məlumat verib. Həftədə bir dəfə yayımlanacaq verilişin məqsədi Türkiyədə Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini yaşatmaq və tanıtmaqdır. 

Səidə Ömərova bildirib ki, verilişdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı mövzulardan söhbət ediləcək: "Ümumiyyətlə, verilişdə türk dünyasının ortaq mövzuları müzakirə olunacaq. Verilişdə əsasən Azərbaycan şairlərinin şerləri, eləcə də Azərbaycan mahnıları səslənəcək. Həmçinin Azərbaycan Türkiyə qardaşlığına üstünlük verən sənət adamları qonağım olacaq".

Qeyd edək ki, artıq verilişin çəkilişlərinə başlanılıb. Sentyabrın ilk həftəsində veriliş yeni mövsümdə efirə gedəcək. Verilişin ilk mövzusu Azərbaycan istiqlal fədaisi Əhməd Cavad olub.

Xatırladaq ki, Səidə Ömərova 22.08.1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin Kinorejissorluq fakültəsini qırmızı diplomla bitirib. Hal-hazırda İstanbul Universitetinin Rabitə fakültəsinin "Radio Televiziya Kino" bölümündə magistr təhsili alır. Eyni zamanda türk dünyası ilə bağlı tədbirlərdə Azərbaycan və Qaqauz rəqslərini ifa edir. İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) Gənclər üzrə müdir yardımçısıdır. Dərnəkdə Azərbaycan milli rəqslərindən dərslər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.