Quranın elmi möcüzələri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quranın tək və əsl məqsədi özünün də vurğuladığı kimi insanları dünyəvi və axirət səadəti yoluna hidayət etmək olmasına baxmayaraq, bəzən təbiət elmləri, fizioloji və astronomiya kimi sahələrə toxunmuş və bir çox həqiqətlərə işıq salmışdır. Quranın möcüzə olduğunun bir başqa nümunəsidir bu. Çünki İslam Peyğəmbəri qəti şəkildə ədəbiyyat xaric digər bəşəri elmlərdən məhrum idi və o dövrün Yunan, Roma, İran kimi elm mərkəzlərindən uzaq bir cəmiyyətdə yaşayırdı.
Gəlin, Quranın elmi möcüzələrinə nümunələrə baxaq:
1- Meteorologiya: Meteorologiya elə də uzaq bir keçmişi olmayan elm sahəsidir. Əvvəllər bulud, külək, yağış və qarın yaranması haqqındakı məlumatlar tamamilə təxminə söykənirdi və ümumiyyətlə elmi mənbədən məhrum idi. Nə qədər dənizçilər və ya əkinçilər külək və yağışın vəziyyətindən xəbər verə bilirsələr də, bunu bəzi əlamətlərə istinad edir, ancaq necə yaranması haqqında məlumata malik deyildilər. Bu minval üzrə minlərlə il keçmişdi.
XVII əsrdə termometr, XIX əsrdə teleqraf və ardınca da meteorologiya sahəsində lazımlı olan digər şeylər kəşf edildi. Nəhayət, elm adamlarının araşdırmalarının artması ilə XX əsrin ilk yarısında norveçli alim Byerkness buludların meydana gəlməsi və çoxluqlar halında hərəkəti, fırtınaların və yağışların meydana gəlməsi haqqındakı ümumi qanunu kəşf etməyi bacardı. Daha sonra buludların buxarlanma və sıxlaşma müddətini, yağışın buludlardan ayrılmasını, dolunun formalaşması və yerə enişi, ildırım, şimşək və göy gurultusu, isti iqlim fırtınaları, yer kürəsindəki ümumi küləklər kimi xüsuslar kəşf edildi.
Quranın fikri
Quranın on dörd əsr əvvəl, külək, yağış və sair haqqındakı sözləri meteorologiyanın bugünkü kəşflərindən fərqsizdir. Bu gün həqiqət sübut edilmişdir. Buludlar, küləyin dəniz üzərindən gətirdiyi görünməyən zərrəciklərlə mayalanmadığı təqdirdə, damcılama vəziyyətində olsa belə, damcılama baş verməyəcək və ya reallaşsa belə, zərrəciklər halında havadan asılı qalacaq və yerə düşməyəcək.
Havadakı rütubətin atmosferin yuxarı qatlarında qəlibləşən və külək vasitəsi ilə səpələnən bulud topası ətrafında yığılması və kiçik yağış dənələrinin küləklərin qarışması, toqquşması və yaylımı nəticəsində bir-birinə toxunması, get-gedə böyüyərək ağırlığının nisbətən artması ilə bulud çoxluqlarının arasından keçib düşməsi daha maraqlıdır.
Meteorologiyanın son illərdə ortaya çıxardığı bu həqiqəti Qurani-Kərim on dörd əsr əvvəl belə ifadə edib: "Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik." ("Hicr" surəsi, ayə 22)
2. Buz sırsıraların yaranan dağlar: Təyyarənin kəşf edilməsi ilə birlikdə insanın məlumatı da buz sırsıralarından yaranan və buz sırsıraları ilə örtülmüş buludlara qədər çatdı. Təyyarənin kəşfindən əvvəl, buz sırsıralarından ibarət dağların səmadakı varlığından heç kim xəbərdar deyildi.
Qurani-Kərim bu həqiqəti belə açıqlamışdır: "Məgər görmürsənmi ki, Allah (müxtəlif istiqamətlərdən) buludu yavaş-yavaş qovur sonra onu(n parçalarını) bir-birinə qovuşdurur, daha sonra onları üst-üstə yığır? Beləliklə onun (buludun) arasından yağışın çıxdığını görürsən. Həmçinin (Allah) göydən, onda olan donmuş bulud dağlarından qar və dolu nazil edir. Onun vasitəsi ilə (dünyada cəzalandırmaq) istədiyi qövmə ziyan vurur və onu, istədiyi qövmdən sovuşdurur. Onun şimşəyinin parıltısı az qalır gözləri(n işığını) yox etsin." ("Nur" surəsi, ayə 43)
3. Planetlərdəki canlı varlıqlar: İnsan kosmos elmlərinin köməyi ilə Aya çatmasına baxmayaraq, səma cismlərindəki canlıların varlığı hələ fərziyyədən kənara keçməmişdir. Bəzi planetlərdə heyvan, ya da insan kimi canlıların varlığı bir ehtimal olaraq qiymətləndirilmişdir və bu sahədəki dəlillər isə sadəcə bəzi ip uclarıdır.
Milli.Az maide.az-a istinadən bildirir ki, Quran isə qəti bir ifadə ilə belə buyurmuşdur: "Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir." ("Şura" surəsi, ayə 29)
4. Bitkilərin cüt şəklində yaradılışı: Uca Allah belə buyurmaqdadır:
"Bütün cütləri yerin yetişdirdiklərindən (ağaclar, otlar, heyvanlar və sairə) və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır." ("Yasin" surəsi, ayə 36)
Yenə Quran buyurmaqdadır: "Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq." ("Taha" surəsi, ayə 53)
Bitkilərin cütlər halında yaradıldığının kəşf edilmədiyi bir dövrdə böyük İslam təfsirçiləri Quranda bəhs edilən "cütlük" ifadəsini sinif, növ, surət, maddə kimi Quranın bəhs etdiyi mənada əlaqəsi olmayan fəlsəfi anlayışlarla şərh etməyə çalışırdılar.
Ancaq bu gün aparılan araşdırmalar nəticəsində bitkilərin də insanlar və heyvanlar kimi cütlər halında yaradıldığı nəticəsi əldə edilib.
Dünyamızın əsrarəngiz faktlarından biri bitkilərin döllənmə və peyvənd edilməsidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU: "Həyatım boyu unutmayacağam" - VİDEO
-
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
XƏBƏR LENTİ
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar
-
AZAL: Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı yayılan görüntülər həqiqət deyil - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Dayanıqlı şəhərlər və zəlzələyə davamlı infrastruktur prioritetdir - Yaponiya rəsmisi
-
85 yaşlı məşhur türk müğənninin son halı TƏCCÜBLƏNDİRDİ - FOTOlar





