Cəmiyyət

"Mərkəz Lahmacun"da müştərinin başına oyun açdılar - ŞİKAYƏT

4 İyul 2018 17:35
9 Şərh     Baxış: 4 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İçərişəhər" metrosunun yaxınlığında yerləşən "Mərkəz Lahmacun" restoranında müştəriyə qarşı hörmətsizlik edilib.

Milli.Az xəbər verir ki, bu barədə Qaynarinfo-ya restoranın müştərisi Asif Dəmirov məlumat verib. Şikayətçi artıq neçənci dəfədir ki, restorandan yemək sifariş verdiyini, lakin sifarişin heç zaman vaxtında və tam formada gətirilmədiyini bildirib. Bu dəfə isə o, restoranın işçiləri tərəfindən lağa qoyulduğunu söyləyib:

"Məkəz Lahmacun"dan mərci və dönər sifariş verdim. Qısa zamanda göndəririk deyib, telefonu söndürdülər. Nə az, nə çox düz 45 dəqiqədən sonra (buna görə əvvəlcədən xəbərdarlıq da etməmişdilər) sifarişi çatdırdılar. Amma sifariş tam deyildi. Buna görə yenidən restorana zəng vurdum. Dəstəyi götürən xanım operator, "özüm qaça-qaça gətirmirəm ki, gözləyin də!", - deyə kobud şəkildə cavab verdi. Nə üçün hörmətsizlik etdikləri üçün "Mərkəz Lahmacun"nun İçərişəhər restoranına yollandım. Orada olan kassir və operator xanım mərcinin pulunu minnətli şəkildə qaytararaq, "burda nə var ki, 1 manata görə qarşınızda da rəqs etməyəcəm ki?!", - deyə cavab verdi".
 
Şikayətçi restoran işçisinin müştəri ilə kobud rəftarına görə rəhbərliyin ona heç bir irad tutmadığını və buna görə əslində ondan üzr istəməli olduqlarını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.