Gəncə Mall-da "CinemaPlus" kinoteatrının rəsmi açılışı baş tutub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncənin ən böyük ticarət-əyləncə mərkəzi - "Gəncə Mall"-da "CinemaPlus" premium kinoteatrının rəsmi açılışı baş tutub. Açılış günü kinoteatr xüsusi dekorasiya ilə bəzədilmişdir. Qonaqlar üçün klassik musiqi müşaiyəti altında furşet təşkil olunmuşdur.
Açılışda "CinemaPlus" kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev, "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə şurasının üzvü və Biznesin inkişafı departamentinin rəisi Zaur Darabzadə, "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə şurasının üzvü və Repertuar planlaşdırılması departamentinin rəisi, "Cinemazadeh" kino şirkətinin baş prodüsseri və "Cinema Distrubution" yayım şirkətinin baş direktoru Cəfər Axundzadə çıxış ediblər.
Tədbirin rəsmi hissəsindən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə, rəhbəri və baş prodüseri Arzu Əliyeva olan, "Bakı Media Mərkəzinin" Azərbaycanın uzun illərdən sonra yenidən müstəqillik qazanmağı haqqında bəhs edən "Son İclas" sənədli filmi nümayiş olunmuşdur.
Tədbirin növbəti hissəsində isə qonaqlar "Cinema Distribution" şirkətinin təqdim etdiyi "Kəklikotu" filmini izləmişdilər.
"CinemaPlus" yüksək parlaqlığa malik olan yeni nəsil "Barco" proyektorları və səs sistemləri ilə təchiz olunub. Kinoteatr 5 zal və 453 oturacaq yerindən ibarətdir. Bundan başqa "CinemaPlus" kinoteatrı GetD texnologiyasını tətbiq edir.
Kinoteatr Heydər Əliyev prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsində yerləşir.
Tədbirin təşkilində köməklik göstərmişdi: Cinemazadeh dublyaj studiyası, Cinema Distribution, Kolorit Kafe və Foto Gallery.
"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Göygöldə ağır qəza - Xəsarət alanlar var
-
Ağcabədidə arvadını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - YENİLƏNİB
-
"Kəpəz" "Sumqayıt"ı məğlub edib
-
Əməkdar artistin səhhətində problem yarandı
-
Ramin Əliyev prorektor təyin edildi
-
KVN ulduzu faciəvi şəkildə həyatın itirdi
-
Bakıda soyğunçuluq edən şəxs həbs edildi
-
İslam İnkişaf Bankının sədri Azərbaycana rəsmi səfər edəcək
-
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
-
Gömrük işçiləri də PUA-ları vursun
-
Bu tarixlərdə hava kəskin dəyişir - XƏBƏRDARLIQ
-
Ailə üzvlərini qətlə yetirən Əhməd təkrar cinayət törədib?
-
Kanaldan qadın meyiti tapıldı
-
Ölkədə pensiya yaşı 60-a SALINIR?
-
Azərbaycanda manatla geniş pul kütləsi artıb
-
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı açıqlandı
-
Uşaqlarda məsuliyyət hissini necə artırmaq olar?
-
Bu ölkəni siçanlar "işğal edib"
-
Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ
-
Cevdet Yılmaz Ermənistana gedəcək
-
73 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ
-
Niyə "Xruşşovka"lar günü-gündən BAHALAŞIR?
-
Kanalizasiya daşdı: Çirkab suları küçəyə axır
-
Azərbaycanda ərinin məzarına ziyarətə gələn qadın ÖLDÜ





