Cəmiyyət

Azərbaycanda çobanı ildırım vurub

17 İyun 2018 23:40
2 Şərh     Baxış: 3 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə yaylaqda çobanı ildırım vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün günün ikinci yarısında Şəki rayonu, Şin kənd sakini 1990-cı il təvəllüdlü Rahim Nəriman oğlu Məmmədov Şin kəndinin inzibati ərazisinin yaxınlığında dağda yaylaq ərazidə qoyun otaran zaman onu ildırım vurub. İldırım vurması nəticəsində travmatik xəsarət alan Rahim Məmmədov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan bildirilib ki, Rahim Məmmədov axşam saat 21 radələrində xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Rahim Məmmədov bədənin sol tərəfinin aşağı və yuxarı ətraflarında ümumi zəiflik hiss edilir. Hazırda onun müayinə və müalicəsi aparılır.

Rahim Məmmədovun yaxınlarının verdiyi məlumata görə, ildırım vurması nəticəsində qoyun sürüsünü mühafizə edən iki çoban iti və bir baş qoyun ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.