TQDK-nın mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ilk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Lənkəran və Biləsuvar şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında olacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılıb və 31538 abituriyent qeydiyyatdan keçib.
İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.
Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək.
Sınaq imtahanlarının başlıca cəhətlərindən biri də onun ali məktəblərə qəbul imtahanlarının metod və texnologiyalarına tamamilə uyğun keçirilməsidir. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.
Növbəti sınaq imtahanı aprelin 11-də keçiriləcək və hazırda həmin imtahana yazılış davam edir. Qeyd edək ki, aprel ayının 4 və 11-də sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaq.
Sınaq imtahanlarının növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulur. Bu imtahanların tarixi, keçiriləcəyi bölgələrin siyahısı müntəzəm olaraq TQDK-nın internet səhifəsində yerləşdiriləcək.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
TQDK 18 şəhərdə sınaq imtahanı keçirəcək
1 Aprel 2010 11:06
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİGƏR XƏBƏRLƏR
-
"Yeni Klinika"dan Barat Yusubovla bağlı açıqlama
-
Bir maşın odun 500 manatdan başlayır - Qubada sakinlər qazsızlıqdan əziyyət ÇƏKİR
-
Metrodakı hadisədə xəsarət alanlar OLUB
-
Pensiyalar ÖDƏNİLDİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə icra edilən “Gənc arıçı” layihəsinin növbəti ünvanı Yevlax olacaq
-
Bakıda tam təmirli 237 ədəd mənzil satışa ÇIXARILIR
XƏBƏR LENTİ
-
Depressiyaya düşdü, 23 kiloqram arıqladı - FOTO
-
Azərbaycanda ipoteka əlçatanlığı necə dəyişib? - ARAŞDIRMA
-
Vüsalə aksessuarlar və çantasının içindəkiləri göstərdi - VİDEO
-
“Fitch” Azərbaycanda iqtisadi artım proqnozunu açıqladı
-
"Yeni Klinika"dan Barat Yusubovla bağlı açıqlama
-
Lopezin oğlunun son halı hər kəsi qorxutdu: "Bu, fotoşopdur?" - FOTO
-
İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir
-
Bir maşın odun 500 manatdan başlayır - Qubada sakinlər qazsızlıqdan əziyyət ÇƏKİR
-
ABŞ-İran qarşıdurması yenidən alovlandı
-
Metrodakı hadisədə xəsarət alanlar OLUB
-
Hörmüzdə gərginlik artır - İran ABŞ-ni ittiham etdi
-
74 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ
-
Dünyanın ən gözəl qadını o seçildi - FOTO
-
Əməkdar artist uzun zaman sonra GÖRÜNTÜLƏNDİ - VİDEO
-
Tural Qasımovun ASC-si ləğv EDİLDİ
-
Pensiyalar ÖDƏNİLDİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə icra edilən “Gənc arıçı” layihəsinin növbəti ünvanı Yevlax olacaq
-
Təhdid xarakterli paylaşım edən məktəbli SAXLANILDI
-
Efirdə Aslan Hüseynovdan danışıb KÖVRƏLDİ - VİDEO
-
Bakı metrosunun stansiya rəisi ÖLDÜ
-
Atəşkəsin bitməsinə saatlar qala Trampdan İranla bağlı MESAJ
-
Yepiskop bu dəfə mənzil iddiası ilə məhkəmədə - Mülk əslində kimindir?
-
Bakı metrosunda baş verən hadisədə insan itkisi OLUB? - RƏSMİ
-
Tanınmış aktrisa iş adamı ərindən boşanır - FOTO





