Cəmiyyət

“Astanı jurnalistlər öldürdü” - Ağacan Əbiyev həmkarının vəfatında mətbuatı günahlandırdı

16 Aprel 2018 20:46
9 Şərh     Baxış: 3 239

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deputat həmkarı Astan Şahverdiyevin dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verib. 

Milli.Az xəbər verir ki, A.Abıyev "Ölkə.Az"a açıqlamasında mərhum Astan Şahverdiyevlə tələbə yoldaşı və dost olduğunu bildirib:

"Astan Şahverdiyev ürəyi təmiz və ziyalı adam idi. Onun yas mərasiminə də gedəcəm. Çünki rəhmətlik mənim tələbə yoldaşım və deputat həmkarım olub. Astan Şahverdiyev tələbəlik illərindən ictimai fəaliyyətlə məşğul olurdu, alim idi. Çox təəssüf ki, sağlamlığı yaşamasını imkan vermədi. Allahdan ona rəhmət, ailə üzvlərinə yaxınlarına da səbr diləyirəm".

Ağacan Abıyev Astan Şahverdiyevin ölümündə jurnalistləri də günahlandırıb:

"Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi.

Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil idi ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlər onu hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı. Bir söhbəti bir dəfə gündəmə gətirərlər, hər bir adam da ondan dərs çıxarar. Daha bir söhbəti dönə-dönə gündəmə gətirib əldə oyun etmək doğru deyildi. Təsəvvür edin ki, rəhmətliklə bağlı məsələ futbol topu kimi ondan buna, bundan ona ötürülürdü. Rəhmətlik də bunları görəndə çox pis olurdu".

Astan Şahverdiyev

Onu da qeyd edək ki, ötən il Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev mərhum deputat haqqında aşağıdakı fikirləri dilə gətirib:

"Deputat Astan Şahverdiyevin etiraza səbəb olan sözlərinin həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki tərəfimizdən dəqiqləşdirilməyib. Əgər təsdiqini tapsa ki, təhqir edib, əlbəttə, tədbir görüləcək. Hələ ki Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Dekabrın 30-da plenar iclas olacaq və yəqin ki, o iclasda bu məsələ ilə bağlı qərar veriləcək. Amma indiki halda hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur. A. Şahverdiyev həqiqətən təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir.

Qeyd edək ki, deputat Astan Şahverdiyev Biləsuvarda məskunlaşan köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları "otxod" adlandırmışdı.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Gul · 16 Aprel 20:5411

    Buna deyerler esl olub sebebinden insanlarin fikrini yayindirmaq

    Cavab yaz
  • Anonim
    $.$.$. · 16 Aprel 21:12414

    hər millətin pisi də var yaxşısı da Rasiyada bizimkilərin bomj olanları alkaş olanları azdırmı? Xoşqədəmin verlişidə necə necə kişilərin tapılıb göstərilməsindən sonra onların ailələri peşman olublar ki kaş hec tapılmazdılar görməzdik bu rəzillikləri .yazıq Astan muəllim bir kəlmə söz dedi duşdu dillərə . nə isə... Allah rəhmət etsin! hec olmasa indi hörmətli jurnalistlər qoyun kişi qəbirdə rahat yatsın.

    Cavab yaz
    • Anonim
      ..... · 16 Aprel 23:0562

      Sende o agildasan

      Cavab yaz
      • Anonim
        ..... ə · 16 Aprel 23:4914

        duz deyil bəlkə? niyə gizlədək pislərimizi? mərhum deputat aqsaqqal yaşında jurnalist terroruna məruz qaldı.urəyi dözmədi. hər bir insan səhv danışa səhv bir hərəkət edə bilər. gunahsız insan yoxdur. əsas odur ki baqışlamaqı bacarasan . Allah rəhmət etsin !

        Cavab yaz
    • Anonim
      ....$$$ · 16 Aprel 23:5521

      Ozune hormet ele.

      Cavab yaz
      • Anonim
        $.$.$. · 17 Aprel 06:3000

        adsız məxluq hörmətsiz özunsən. özunə hörmətin olsaydı acıq sacıq adınla yazardın. tak cto lal ol otur yerində ! mən sizin kimilərə baş qoşmaq istəmirəm amms görurəm yaman qaşınırsınız.

        Cavab yaz
  • Anonim
    Musa · 16 Aprel 22:4563

    Azərbaycannan qaçıb atxod olmaq istəyirdi? Səhv eləmişdi. Özüdə başından yekı.

    Cavab yaz
  • Anonim
    hmm · 17 Aprel 00:1620

    Bunun neyine rehmet deyesen axı allah bildiyi kimi etsin

    Cavab yaz
  • Anonim
    S.S.S ye · 17 Aprel 00:2410

    Allah insana rezil olum qismet etmesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.