Ağ kələm ağ rəngli, dairəvi formaya malik olan, iki illik, işıqsevən bir tərəvəzdir. Onun vətəninin hara olduğu elmə tam məlum deyil. Amma, bəzi mənbələr onun vətəninin Aralıq dənizi sahilləri olduğunu, bəziləri isə Gürcüstan ərazisi olduğunu qeyd edir.
Dünyanın hər yerində kələm yetişdirilir və demək olar ki, dünyanın bütün mətbəxlərində ona rast gəlmək mümkündür. Kələm yarpaqlarının uzunluğu 40-50 sm-ə qədər uzana bilir. Bu tərəvəzi ölçüsünün böyüklüyünə baxaraq toplayırlar.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, ağ kələmin formasına, saxlanma müddətinə və ölçüsünə görə müxtəlif növləri var. Onun tez xarab olan növünü qısa bir zamanda istifadə eləmək lazımdır. Kələmin gec xarab olan növlərini isə uzun müddət sərin və qaranlıq yerdə saxlamaq mümkündür. Kələmi uzun müddət saxlamaq lazım gəldikdə onun saxlanıldığı yerin rütubətliliyini və tempraturunu diqqət mərkəzində saxlamaq lazımdır.
Kələmn kalori dəyəri:
Ağ kələm az kalorili, dietik tərəvəzdir. Onun 100 qramında 28 kKalori var. Ondan gün ərzində istənilən qədər qəbul etmək olar, çünki kələm piylənməyə səbəb olmur.
100 qram kələmin qida dəyərliliyi:
- Zülallar - 1,8 qram
- Yağlar - 0,1 qram
- Karbohidratlar - 4,7 qram
- Su - 90 qram
- Kalori - 28 kKal.
Kələmin tərkibi P, K, E, U və B qrup vitaminlərlə zəngindir. Kələmin tərkibi ən çox C vitamini ilə zəngindir. Kələmdəki C vitamini orqanizmdə uzun müddət öz təsirini saxlaya bilir. Gün ərzində orqanizmin C vitamininə olan tələbatını ödəmək üçün 200 qram kələm yemək kifayətdir. Kələmin tərkibi mikro və makro elementlərlə zəngindir. Bu elementlərin içərisində kalsium, maqnium, kalium, fosfor, xlor, yod, kolbat, dəmir, sink, bal, marqanes var. Bundan başqa kələmdə olan çoxlu aminturşular lizin, karotin və pektin ifraz edir ki, bunlar da bağırsaqlardakı zərərli bakteriyaları məhv edir. Kələm qanda olan xolesterini və bağırsaqlardakı artıq yağların xaric edilməsini sürətləndirir.
Xalq təbabətində kələmdən çox istifadə edilir. Müalicə məsədilə isə ən çox ağ kəlmədən istifadə edilir. Kələmdən ən çox mədə və qara ciyər xəstəlikləri zamanı istifadə edilir. Bu məqsədlə yeməkdən 40 dəqiqə əvvəl ¾ sətəkan təzə çəkilmiş kələm şirəsi içilir. Bu şirəyə bal əlavə edib içmək isə vərəm xəstəliyinin sağalmasını sürətləndirir. Gün ərzində 3 dəfə ¾ stəkan isti kələm şirəsi içmək yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı çox faydalı olur. Müalicə məqsədilə kələm şirəsi içən zaman onu ən azı bir həftə qəbul eləmək lazımdır. Qəbizlik və babasil xəstəliyi zamanı isə təzə kələm şirəsi ilə duza qoyulmuş kələmin şirəsini qarışdırıb içmək lazımdır. Ateresklerozu müalicə etmək məqsədilə hər dəfə yeməkdən 20 dəqiqə əvvəl 200 qram təzə sıxılmış kələm şirəsi içmək lazımdır. Angina xəstəliyi zamanı kələm şirsi ilə boğazı qarqara eləmək xəstəliyin əlamətlərini azaldır. Bu zaman kələm şirsinə 1:1 nisbətində su əlavə etmək lazımdır. Baş ağrıları zamanı pörtlənmiş kələmi başa qoyub bağadıqda ağrılar azalır. Əzələ ağrıları zamanı isə təzə kələmi qoyub bağladıqda ağrılar aradan qalxır. Stomtit və diş əti xəstəlikləri zamanı kələmi yavaş-yavaş çeynəyərək şirəsinin ağız boşluğu ətinə yaxşıca sorulmasına çalışmaq lazımdır.
Kosmetologiyada kələm
Ağ kələmdən kosmetologiyada da geniş istifadə edilir. Kələm şirəsindən tətbiq edilən maska təmizləyici losyon rolunu oynayır. Uzun müddət hər gün üzü kələm şirəsi ilə silmək dəridə olan dərin qırışların açılmasına, dərinin ağarmasına və cavanlaşmasına səbəb olur. Bu məqsədlə üzə kələm şirəsi sürüb 20 dəqiqə saxlamaq, sonra isti su ilə yumaq və çobanyastığı dəmləməsi sürtmək lazımdır. Bu maska həm də üz dərisini sakitləşdirir və dərini cavanlaşdırır. Qida sənayesinin əksər sahələrində kələmdən itifadə edilir. Kələmdən yeməklərin, salatların, piroqların hazırlanmasında geniş istifadə edilir.
Ağ kələmnın ZiyanıMədə bağırsaq xəstəlikləri (enterekolit, ishal)zamanı kələmdən istifadə etmək xəstəliyin əlamətlərini artırır.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Ağ kələm haqqında bilmədikləriniz
7 Aprel 2018 21:50
0 Şərh
Baxış: 7 488

DİGƏR XƏBƏRLƏR
-
"Keyfiyyətsiz kosmetika məhsulları xərçəng yaradır" - Açıqlama
-
"Formada qalmaq istəyirsinizsə beyninizi aldadın" - Dietoloqdan açıqlama
-
Bu kommunal ödənişləri Tarif Şurası müəyyən etməyəəcək - Səlahiyyəti azaldıldı
-
“50% endirim” yazısına aldanmayın - Mütəxəssislərdən XƏBƏRDARLIQ
-
Bu meyvə UCUZLAŞA BİLƏR
-
Parisdə şəhid jurnalistlərin xatirəsinə təşkil edilən sərgi böyük əhəmiyyət daşıyırdı – şəhid Məhərrəm İbrahimovun qardaşı - FOTO
XƏBƏR LENTİ
-
Mətanət eks-ərinin xanımı ilə efirdə - VİDEO
-
Bakıdakı 250 nömrəli məktəbdə valideynlərdən pul yığıllır? - VİDEO
-
"Sən onun adını deyəndə mən xəcalət çəkirəm"
-
Daha bir qəsəbədə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Fransada etirazlarda 180-dən çox şəxs saxlanıldı
-
"Benfika ilə öz səviyyəmə geri döndüm"
-
"Keyfiyyətsiz kosmetika məhsulları xərçəng yaradır" - Açıqlama
-
Canlı yayımda qeyri-etik ifadələr işlədən ana ilə bağlı - DİN-dən açıqlama
-
Xatirənin "zapravka"da işçi ilə dialoqu diqqət çəkdi - VİDEO
-
1000 hərbçinin cəsədini verib, 24 rusiyalı əsgər təhvil aldılar
-
Bu federasiyanın rəhbər heyəti istefa verdi - SİYAHI - FOTO
-
Suriyanın XİN rəhbəri ABŞ-yə getdi - 25 ildə ilk dəfə
-
Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC
-
Mourinyo rəsmən "Benfika"da - maaşı açıqlandı - FOTO
-
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025: Sürət həvəskarları Pit zolağı gəzintisində - FOTO
-
"Formada qalmaq istəyirsinizsə beyninizi aldadın" - Dietoloqdan açıqlama
-
Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI
-
78 yaşında peşə məktəbinə qəbul oldu
-
DİN-dən əməliyyat - Qumar şəbəkəsi çökdürüldü - VİDEO
-
Direktorlara şad xəbər
-
Azərbaycanda film kimi cinayət - 71 yaşlı qadını sandığa görə öldürdülər - qonşusu saxlanıldı
-
AMEA-nın həyətində zəncirvari qəza - FOTO
-
Bu kommunal ödənişləri Tarif Şurası müəyyən etməyəəcək - Səlahiyyəti azaldıldı
-
Pezeşkian: "Türk olduğum üçün fəxr edirəm" - FOTO