Cəmiyyət

"Honda" 373 mindən çox avtomobili geri çağırır - SƏBƏB?

28 Mart 2018 22:59
0 Şərh     Baxış: 2 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Honda" şirkəti Çin bazarından 373 mindən çox avtomobili geri çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar avtomobillərdə təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Qeyd olunur ki, geri çağırılma "Accord", "Fit", "Crosstour", "City" və "Eventus S1" modellərinə şamil olunacaq.

Xatırladaq ki, fevralın əvvəlində "Honda" mühərrikdəki nasazlıqlarla əlaqədar Çində 350 minə yaxın CR-V və "Civic" modelini geri çağırmışdı.

Qeyd edək ki, 2017-ci ildə isə Çində ümumilikdə 20 milyondan çox avtomobil geri çağırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.