Məsumlar nə vaxt sevinir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Sadiq (ə) buyurur: "O zaman ki, mömini şad edərsiniz, biz də onun şadlığı ilə şad olarıq".
Məsumların (ə) şadlığının dəqiq meyarları vardır. Allah bəyənən əməli etmək - Əhli-Beyti (ə) sevindirmək deməkdir.
Həzrət Rəsuli-Əkrəmdən (s) nəql edilən məşhur mübarək hədisdə Məsumların (ə) sevincinin konkret misdaqları da təqdim edilib:"Həqiqətən Fatimə (s.ə) - mənim bədənimin bir parçasıdır. O, mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən - məni də qəmləndirir və onu şad edən - məni də şad edir. O, mənim Əhli-Beytimdən (ə) mənə qovuşan ilk şəxsdir".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, gördüyümüz kimi, Həzrət Fatimənin (s.ə) sevinci və kədəri bu cür dəqiq İlahi çalara malikdir. Məsimlarımız (ə) - İlahi rəngə boyanan, fəqət Allahın razılığını düşünən mübarək insanlardır. Və onların sevinci və kədəri də məhz bu bünövrə üzərindədir.
"Əl-İrşad"da rəvayət olunub ki, Həzrət İmam Musa Kazim (ə) çox dua edər və buyurardı: "Allahım, Səndən ölüm zamanı rahatlıq və hesab aparılarkən əfv və bəxşiş diləyirəm". O, bu cümləni təkrar edərdi. O Həzrətin (ə) dualarından biri belə idi: "Sənin bəndənin günahı böyük, Sənin tərəfindən olan əfv və bağışlama isə gözəldir".
O Həzrət, Allahın qorxusundan elə ağlayardı ki, saqqalı göz yaşından islanardı. Ailə və qohumlarına o Həzrətdən (ə) çox qayğı göstərən yox idi. Axşamlar Mədininin yoxsullarına baş çəkər, özü ilə dirhəm, dinar, un və xurma dolu zənbil aparar və onların qapılarının ağzına qoyardı. Onlar həmin pul və malların kimin tərəfindən olmasını başa düşməzdilər.
Bəli, bu yolla gedən, bu cür münacat edən möminlər - Əhli-Beytin (ə) həqiqi ardıcıllarından sayıla bilər.
İmam Sadiqdən (ə) nəql edilən hədisdə isə möminin axirət şadlığı üçün, əməlin kəmiyyətinə deyil, keyfiyyətinə diqqət yetirmək tövsiyə edilir: "Heç vaxt yaxşı əməli kiçik sayma. Çünki sabah (Qiyamət günü) sən onu görəcəksən və o, səni şad edəcək".
İmam Əlinin (ə) buyurduğu mübarək kəlamda isə, digər insanın qəlbini şad etməyin aqibətə olan təsirindən danışılır: "And olsun bütün avazları eşidən kəsə, bir qəlbi şadlandıran elə bir şəxs olmayıb ki, Allah Təala o şadlıqdan bir lütf yaratmasın. Həmin şəxs bir çətinliyə, müsibətə düşəndə bu lütf üzüaşağı axan su kimi müsibətin üzərinə axar və qərib dəvə sürüdən qovulduğu kimi, o müsibəti ondan uzaqlaşdırar".
Digər hədisdə isə yenə də möminin qəlbini sevindirməyin böyük nəticələrindən nəql edilir. İmam Sadiq (ə) buyurub: "Sizlərdən hər hansı biriniz bir mömini sevindiribsə, yalnız onu sevindirdiyini fikirləşməsin. Əslində, Allaha and olsun ki, bizi sevindirmişdir. Allaha and olsun, Allahın Rəsulunu (s) sevindirmişdir".
Bəli, Məsumları (ə) sevindirən - əslində Uca Allahın Özünü sevindirmişdir. Allahın Peyğəmbəri (s) bu barədə buyurmuşdur: "Kim bir mömini sevindirsə, məni sevindirmişdir. Kim məni sevindirsə, Allahı sevindirmişdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
XƏBƏR LENTİ
-
ÇL: “Real” PSV-ni darmadağın etdi - Nəticələr
-
Bankomatlardakı "Sil" və "İmtina" düymələri arasındakı fərq açıqlandı
-
İzmir küftəsini qurutmadan bişirməyin sirləri
-
Dörd bürcü maliyyə uğuru gözləyir
-
Limonların ömrünü uzadan saxlama üsulları
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi





