Bakıda külli miqdarda oğurluq: 200 min manat pul, 100 min manatlıq qızıl... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda mənzil qarət edən şəxslər saxlanılıb. Məlum olub ki, üç nəfər bir evdən 210 min manat və 100 minlik qızıl oğurlayıblar. Hadisə Qaradağ rayonunda baş verib. Nərimanov rayonunda isə bir qadın gecə klubunda əcnəbinin 14 min dollarını oğurlayıb.
Bakıda mənzildən 210 min manat pul və 100 minlik qızıl oğurlanıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə martın 19-da gecə saat 3 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində baş verib. Mənzilin sahibi Aydın Sultanov ərazi üzrə 38-ci polis bölməsinə məlumat verib ki, evdə olmadıqları vaxt pəncərədən içəri girən şəxslər ordan 210 min manat pul və 100 minlik qızıl oğurlayıblar. Zərərçəkmiş hadisədən bir gün sonra xəbər tutub.
Bölmə əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Sultanovun evini qarət edən Şamaxı rayon sakini Yadigar Dadaşov, Sahil qəsəbə sakinləri Dünyamalı Güləliyev və əvvəllər məhkum olunmuş Osman Məmmədov saxlanılıblar. Onlardan 210 min manatdan cəmi 140 min manatı aşkar edilərək götürülüb. Oğurluq pulların bir hissəsini isə Ucar rayonu ərazisində basdırdıqlarını deyiblər. Qızılların isə 30 minlik hissəsi hələki aşkar edilməyib. Faktla bağlı Qaradağ rayon polis idarəsində cinayət işi başlanıb. Dəstənin digər cinayətlər törədib törətməmədiyi araşdırılır.
Paytaxtın Nərimanov rayonunda isə gecə klubunda qadın əcnəbini qarət edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 21-də Nərimanov rayonu ərazisində yerləşən klubda İran vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14 min dollar, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanıb. 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb. Onun Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə axtarışda olması da müəyyən edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məleykə Abbaszadə tələbələrlə bufetdə nahar etdi
-
Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz
-
“Sabah” - “Barselona” oyunu günü ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
-
Yeni elektron tərəzi quraşdırıldı - Bu tarixdən cərimələr başlayır
-
Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır
-
Bakıda 23 məktəbə yeni direktor təyin edildi
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Məleykə Abbaszadə tələbələrlə bufetdə nahar etdi
-
Məhsulun üzərindəki qiymət başqa, kassada başqa - “Araz” barəsində protokol
-
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib
-
"Sabah"ın oyununu hansı kanal yayımlayacaq?
-
Sevdiyi oğlana evlilik təklifi edən qız pərt oldu (Video)
-
Bakıda iki azyaşlı bacı vəfat etdi
-
Fədayə Laçın tanınmaz halda (Video)
-
Kadırovun oğlu soyadını dəyişdi
-
Vinisius Junior Puşkaşa çatdı
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Özcan Deniz Park Cinemada “Son Yemek” filmini təqdim etdi (Foto)
-
Ofelya Şabanova dəyişib belə oldu (Video)
-
Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz
-
“Sabah” - “Barselona” oyunu günü ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
-
Puxaç “Barselona”nın futbolçusu ilə - (Foto)
-
Yeni elektron tərəzi quraşdırıldı - Bu tarixdən cərimələr başlayır
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır
-
İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
-
Qoşaçayda 14 yaşlı qız nişanlısı tərəfindən güllələndi
-
Azərbaycanda doğulan oğlu müharibədə öldü - Anası olduğunu sübut edə bilmədi
-
Bakıda 23 məktəbə yeni direktor təyin edildi
-
Qara Cümə fürsətindən kim qazanır: Alıcı, yoxsa satıcı? - Araşdırma





