Cəmiyyət

Bakıətrafı qatarlar nə vaxt işləyəcək? - Cavid Qurbanov açıqladı - VİDEO

19 Mart 2018 22:35
1 Şərh     Baxış: 1 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıətrafı dəmiryol xəttinin çəkilməsi və tam istismara verilməsi ən az 4 il vaxt aparacaq. Xətt boyunca isə 23-26 yeni stansiyanın inşa edilməsi planlaşdırılır. Milli.Az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov deyib. O, bir sıra stansiyaların kənarında böyük avtobus dayanacaqlarının yaradılacağını da açıqlayıb.

Yeni xətlərdə Avropadan gətirilən ən müasir sərnişin qatarlarından istifadə olunacağını deyən Cavid Qurbanov Bakıətrafı dəmiryol şəbəkəsinin əhatə edəcəyi ərazi barədə də açıqlama verib.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətinin sədri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə çoxsaylı ölkələrin böyük maraq göstərdiyini və artıq gələn ay Avropadan şərqə gedəcək ilk qatarın Bakıya gələcəyini də vurğulayıb. Onun sözlərinə görə, yeni dəmiryol xətti ilə yüklərin daşınması ucuz başa gəldiyindən indi hər kəs bu yoldan istifadə eləməyə üstünlük verir.

Cavid Qurbanov Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində də İranda böyük işlər gördüyünü və yük terminallarının inşasının qısa zamanda tamamlanaraq istifadəyə veriləcəyini bildirib. O, bu yolla bir sıra ölkələrin Avropaya daşınan yüklərinin daha qısa yolla və az vəsaitlə həyata keçirilə biləcəyini deyib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıətrafı qatarlar nə vaxt işləyəcək? - Cavid Qurbanov açıqladı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.