Cəmiyyət

Hər an uçmaq təhlükəsi ilə üz üzə olan yataqxana söküləcək - VİDEO

18 Mart 2018 21:19
3 Şərh     Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda qəzalı vəziyyətdə olan yataqxananın söküntüsünə qərar verilib. Yataqxanada məskunlasan 209 ailə artıq köçürülür. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərə ümumilikdə 6 milyon 710 min manat vəsait ödəniləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hər an uçmaq təhlükəsi ilə üz üzə olan yataqxana söküləcək.

Sumqayıt şəhər 76-cı məhəllə ərazisində yerləşən, qəzalı vəziyyətdə olan 6A saylı yataqxananın sakinləri artıq köçürülməyə başlanıb. Qəzalı binada insanların yaşaması mümkün olmadığı üçün sökülməsinə qərar verilib.

Sumqayıt şəhər İcra hakimiyyətindən XəzərXəbərə bildirilib ki, yataqxanada qeydiyyatda 209 ailə var. 1 nəfərlik ailə üçün 25 min, 2 nəfərlik ailə üçün 30 min, 3 və ya daha çox nəfərlik ailə üçün isə 35 min manat olmaqla sakinlərə ümumilikdə 6 milyon 710 min manat vəsait ödənilib. Sakinlər həmin vəsaitlərini aidyyatı üzrə müracət edərək əldə edə bilirlər.

Yataqxanada məskunlaşan ailələrin 150 manat kirayə pulu da 1 ay əvvəldən ödənilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hər an uçmaq təhlükəsi ilə üz üzə olan yataqxana söküləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.