Cəmiyyət

Qeyri-adi üslub: Rəsm əsəri deyil, geyimdir - VİDEO

11 Fevral 2018 23:07
0 Şərh     Baxış: 2 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı gənc rəssam-modelyer qeyri-adi üslubda geyim hazırlayıb. Üzərində milli atributlarımızın da yer aldığı geyim öz unikallığı ilə seçilir. Belə ki, geyimi kətan parça üzərinə yağlı boya ilə çəkilmiş xüsusi rəsmlər bəzəyir. Müəllifin iddialarına görə bu dünyada bir ilkdir.

Rəssam-modelyer Lalə Quliyevanın ərsəyə gətirdiyi bu libasın üzərindəki rəsm əsərləri yağlı boya ilə, kətan parçanın üzərinə çəkilib. Adi parçada bu rəsimləri çəkib geyim hazırlamaq asan olsa da, kətan üzərində bunu etmək çətin proses hesab edilir. Müəllifin sözlərinə görə, məhz bu orijinallığına görə, hazırladığı libas dünyada bir ilkdir.

Milli.Az bildirir ki, Lalə Quliyeva hazırladığı bir neçə belə xüsusi seçilən işə görə mükafatlar da alıb. Lakin son hazırladığı geyim görənləri daha çox təəccübləndirib.

Qeyri adiliyi ilə seçilən geyimə böyük maraq olsa da,müəllif hazırda onu satmağı düşünmür.

Lalə Quliyeva fərqli üslubda hazırlanan geyimə bir ay vaxt sərf edib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qeyri-adi üslub: Rəsm əsəri deyil, geyimdir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.