Cəmiyyət

Yüksək xolesterola qarşı 5 qida

3 Fevral 2018 22:25
0 Şərh     Baxış: 2 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zeytun yağı: Ən yaxşı doymamış yağ mənbəyi olan zeytun yağı xolesterol və iltihabı azaldır. Ürək sağlamlığı üçün doymuş və trans yağların yerinə təklif edilir. Hər cür salat və yeməklərdə istifadə edilə bilər.

Badam: Badam, ürək damar sağlamlığı üçün bol miqdarda doymamış yağlar ehtiva edir. Tərkibindəki yüksək nisbətdə yağ sayəsi ilə ürəyi qoruyur. Xolesterolu salır. Eyni zamanda bir E vitamini mənbəyi olan badam, xolesterola bağlı inkişaf edən damar tutulmalarına gətirib çıxaran val meydana gəlməsini gecikdirir.

Acı şokolad: Xolesterolun digər bir düşməni də acı şokoladdır. Şokoladdakı kakaonun tərkibində olan antioksidantlar doymamış yağ ehtiva edir. Bu da xolesterolun düzəlməsinə köməkçi olur.

Qoz: Qoz doymamış yağ və omeqa 3 yağ turşusu ehtiva edir. Hər gün nizamlı istehlak edildiyində xolesterolun səviyyəsini 15%-ə qədər salır və eyni zamanda damarlardakı qan dövranını nizamlayır və bədəndəki iltihablanmağı azaldır.

Portağal: Bir orta boylu portağal gündəlik C vitamini ehtiyacını tamamilə qarşılayır. C vitamini bədəndəki hüceyrələri qoruyur, damarlarda xolesterolun səbəb olduğu köhnəlməyi və val meydana gəlməsini əngəlləyir

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.