Cəmiyyət

Azərbaycan yay vaxtına keçir

27 Mart 2010 10:05
Baxış: 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Milli.Az xəbər portalına Azərbaycan Respublikasinin Standartlaşdirma, metrologiya və patent üzrə Dövlət komitəsindən məlumat verilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 28 mart 2010-cu il tarixində saat 4.00-da respublika ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.