Cəmiyyət

Könül Xasıyeva oğluna toy kimi ad günü etdi - VİDEO - FOTO

18 Noyabr 2017 10:46
17 Şərh     Baxış: 18 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Könül Xasıyeva dünən şəhər restoranlarından birində oğlu Kazımın 10 yaşını qeyd edib. Gecəyə məşhurun bir çox sənət yoldaşları qatılıb.

Sənətkar oğlunun ad günü ilə bağlı Milli.Az-a açıqlama verib.

"Gecəyə gələn bütün sənət dostlarıma təşəkkür edirəm. Mən xüsusi heç kimi dəvət etməmişdim, sağ olsunlar özləri gəlib necə lazımdır iştirak etdilər. Oğlum üçün ad gününü toy kimi etdim. Həyatın işini bilmək olmur. Hamının arzusu var, mənim də arzum onun toy gününü görməkdir. Ona vağzalı çaldırıb, boynuna şal, barmağına üzük taxdım. Allah onun toyunu görməyi mənə nəsib etsin", - deyə müğənni bildirib.

Əli Rəhimoğlu
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Könül Xasıyevanın oğlunun ad günü - 1

Könül Xasıyevanın oğlunun ad günü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.